Novbərinin “Seçmə şeirlər” kitabı oxucuların ixtiyarına verilib
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə Novbərinin (Kərbəlayi Qara Məşhədi Süleyman oğlu Əliyev) “Seçmə şeirlər” kitabı nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun elmi redaktoru olduğu kitabı filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlı tərtib edərək nəşrə hazırlayıb.
Novbəri XX əsrdə dahi Füzulinin yaradıcılıq yolunu davam etdirən ən istedadlı şairlərdən biridir. Ömrü boyu Füzuli cazibəsindən çıxa bilməyən Novbəri böyük eşq şairinin “Divanı”ndakı bütün qəzəllərə müxəmməs yazıb. Kitabda şairin mənzumələri, mənzum məktubları, növhə, qəzəl və təxmisləri toplanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:21]
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
- 11.06.2026 [11:16]