Noyabrın 15-i vergi və sığorta haqlarının ödənilməsinin son günüdür
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 15-i vergi və sığorta haqlarının ödənilməsinin son günüdür.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə məlumat vergiödəyicilərinin nəzərinə çatdırılıb.
Məlumata əsasən, həmin gün torpaq vergisi (cari il üzrə hesablanmış illik torpaq vergisinin yarısı), əmlak vergisi (cari il üzrə hesablanmış illik əmlak vergisinin yarısı), cari ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqının ödənilməsinin son tarixidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]