NÜMUNƏLƏRİN MÜAYİNƏSİ AZƏRBAYCANDA “QUŞ QRİPİ” XƏSTƏLİYİNİN OLMADIĞINI GÖSTƏRMİŞDİR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ölkə ərazisində “quş qripi” ilə əlaqədar bu ilin sonuncu monitorinqi zamanı götürülmüş nümunələrin müayinəsi başa çatmışdır.
Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri 28 çöl quşunun patoloji materialını, 2355 ev quşunun qan nümunələrini müayinə etmişlər. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin daşıyıcısına təsadüf edilməmişdir.
Monitorinq Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşları ilə birlikdə əsasən Abşeron yarımadası və Pirallahı adasında, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı milli qoruq və parklarda aparılmışdır.
Dövlət Baytarlıq Xidməti respublika ərazisində monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Növbəti monitorinqə yanvarın 14-də başlamaq nəzərdə tutulmuşdur.
Qurum köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşlarının qapalı şəraitdə saxlanılmasını tövsiyə edir. Köçəri və çöl quşlarının ovlanılması, satılması və onlardan qida məhsulu kimi istifadə edilməsi qəti qadağandır.
Hazırda respublikada “quş qripi” ilə əlaqədar epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün əlaqədar qurumlarla birgə lazımi tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]