Nyu-Cersidə partlayıcı maddələrin aşkarlanması səbəbindən parad ləğv edilib
Vaşinqton, 3 sentyabr, AZƏRTAC
Nyu-Cersi ştatının Saut-Pleynfild şəhərində Əmək Günü münasibətilə hər il təşkil olunan parad ləğv edilib. Buna səbəb paradın marşrutu boyunca meşə sahəsindən keçən hissədə əldəqayırma partlayıcı maddələrin aşkar edilməsi olub.
AZƏRTAC bu barədə “USA Today” qəzetinə istinadla xəbər verir.
Nyu-Cersinin qubernatoru Fil Merfi və onun həyat yoldaşı Temmi səhər saat 10-da başlanacaq 62-ci illik paradda iştirak etməli idilər.
Ştatın hüquq-mühafizə orqanlarının nümayəndələri parad marşrutunun başlanğıcında yerləşən, Tomas Kayzerə məxsus evin ərazisində fişəngə oxşar bir neçə əldəqayırma qurğu aşkarlayıblar. Midlseks və Monmut dairələri prokurorluqlarının birgə bəyanatında bildirilir ki, Kayzer həbs edilib, ona ikinci və üçüncü dərəcəli destruktiv qurğulara qanunsuz yiyələnmə ittihamı irəli sürülüb.
Polisdə bildiriblər ki, qubernator Merfiyə və ya parada münasibətdə Kayzer tərəfindən birbaşa təhdidlər olmayıb.
Saut-Pleynfild Midlseks dairəsində, Nyu-Yorkdan təxminən 60 kilometr cənub-şərqdə yerləşir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [19:12]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [19:10]