Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclası keçirilir
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-2-də Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iclasda iştirak edir.
BMT Baş Assambleyasının informasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir.