Nyu-Yorkda kosmonavt Aleksey Leonovun“Soyuz-Apollon” gəmisində uçuş etdiyi skafandr satılmışdır
Bakı, 15 may ( AZƏRTAC). ABŞ-ın Nyu-Yorkdakı “Bonhams” hərrac evi insanın kosmosa uçuşunun 50 illiyini büyük “kosmik hərraclarla” qeyd etmişdir. Hərraclarin əsas lotu sovet kosmonavtı Aleksey Leonovun 1975-ci ilin iyun ayında “Soyuz-Apollon” kosmik gəmisində tarixi uçuşda geydiyi skafandr olmuşdur. “Sokol K” şərti adı ilə ilkin olaraq 100-150 min ABŞ dolları qiymətləndirilməklə hərraca çıxarilmış skafandr 242 min ABŞ dollarına satılmışdır.
Gennadi Strekalovun “Soyuz TM-10” kosmik gəmisində “Mir” orbit stansiyasına uçuşu zamanı geyindiyi (1990-cı il avqustun 1-dən dekabrın 10-dək) skafandr isə 67 min dollara alınmışdır. 1987-cı ildə “Soyuz TM-4” kosmik aparatında “Mir” stansiyasına uçuşda iştirak etmiş kosmonavt Anatoli Levçenkonun skafandrına alıcılar 5,5 min dollar ödəmişlər.
“Bonhams”in maraqlı hərracları sirasında müasir kosmonavtikanın banisi Konstantin Siolkovskinin (1857-1935) 14,6 min dollara əldə edilmiş əlyazması da vardı. “Raketin hazırlanması barədə son fikirlər” adlı bu unikal sənəd 1912-ci ilə aiddir və alimin kosmik raketın yaradılmasına dair səkkiz səhifədə əks etdirdiyi düşüncələridir.
Bundan əlavə, hərracda uçuşların proqramları qeyd olunmuş bir neçə planşet, emblem və medalyonlar, Ayın səthində olmuş avadanlıq, kosmik məkanın öyrənilməsinə üzrə ABŞ və sovet proqramlarına aid maketlər, sxemlər, fotoşəklilər və digər eksponatlar satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]