Nyu-Yorkda “Trump Tower” binasında yanğın zamanı iki nəfər xəsarət alıb VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Nyu-York şəhərinin Manhetten rayonunda yerləşən “Trump Tower” binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb. Onlardan biri üzərinə qırıntılar düşməsi nəticəsində yaralanmış yanğınsöndürmə xidmətinin əməkdaşı, digəri tüstüdən zəhərlənmiş mühəndisdir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, göydələnin damındakı havalandırma, istilik və kondisioner sistemində baş verən yanğının söndürülməsində 100-dən çox yanğınsöndürən iştirak edir.
Hazırda yanğının lokallaşdırıldığı bildirilir.
Xarici KİV-lərin məlumatına əsasən, insident baş verən zaman Prezident Donald Tramp binada olmayıb. Onun oğlu Erik Tramp yanğınsöndürənlərin həyəcan siqnalından bir neçə dəqiqə sonra hadisə yerinə gəldiyini bildirib.