Azərbaycan Dövlət İnformasiya Agentliyi

O, xatirələrdə jurnalist və diplomat kimi qalıb

Azərbaycanın tanınmış ictimai xadimi, Əməkdar mədəniyyət işçisi Bağır Seyidzadənin anadan olmasından 108 il keçir

Bakı, 9 avqust, AZƏRTAC

Jurnalist, diplomat, nazir, tərcüməçi, vətənpərvər və xeyirxah insan, gözəl övlad, qayğıkeş ər və ata... Cəmi 56 il ömür sürmüş Bağır Seyidzadə yaddaşlarda belə qalıb.

AZƏRTAC Azərbaycanın tanınmış ictimai xadimi, Əməkdar mədəniyyət işçisi Bağır Seyidzadənin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci il avqustun 9-da qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açıb. 1918-ci ildə İrəvanda millətlərarası münasibət kəskinləşdiyi üçün Mirqasım ailəsini Tiflisə köçürüb.

B.Seyidzadənin qızı Dilarə xanımın xatirələrindən: “Onlar 1918-ci ildə İrəvandan köçəndə atamın əmisi Mirəli artıq vəfat etmişdi. O, səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və orada dəfn olunmuşdu. Babam Mirqasım həm özünün, həm də qardaşının ailəsini götürüb Tiflisə gəlmişdi. Yeri gəlmişkən, mən atamın əmisi Mirəlinin Türkiyədə məzarını axtarıb tapdım. Buna Türkiyəyə səfər zamanı ulu öndər Heydər Əliyevin sayəsində nail oldum”.

Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir. Bağır rus və fransız dillərini Tiflisdə öyrənmişdi.

1924-cü ildə Mirqasım kişinin ömür-gün yoldaşı Xədicə xanım vəfat edir və onu Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edirlər. On iki yaşlı Bağır tez-tez qəbiristanlığa gedirdi. Fikirləşirdi ki, bəlkə möcüzə baş verər, anası əbədiyyət yuxusundan ayılar və özünü qəbiristanlıqda tək görüb qorxar. Oğlunun iztirablarını görən Mirqasım kişi ailəsini Tiflisdən uzaq bir məkana köçürməyi qərara alır.

1925-ci ildə ailə Bakıya köçür. Bu o dövr idi ki, Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, bir qədər sonra onlara qoşulan Mikayıl Müşfiq, Almas İldırım Bakıda yazıb-yaradırdılar. Bağır Seyidzadə Tağıyevin fabrikində işə düzəlir və təhsilini fəhlə fakültəsində davam etdirir. Şəhərdəki ictimai-siyasi ab-havanı tezliklə dərk etsə də, nə evdəkilərə, nə də ətrafdakılara kimlərə rəğbət bəslədiyini bildirmir. Lakin illər ötdükdən sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə deyəcəkdi: “Qızım, əgər sən nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da “Füyuzat” jurnalına”. Deməli, ürəyindəki rəğbəti füyuzatçılara imiş.

Gənc Bağır 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyir. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu olaraq “Gənc işçi” qəzetinə redaktor təyin edilir. Repressiya illərində hər dəfə bu tufanın apardığı adamların adlarını eşidəndə ürəyi qana dönürdü. Çünki onların çoxunu şəxsən tanıyırdı. İkinci Dünya müharibəsinin başlanması Kremli Bakını türkçülük əhval-ruhiyyəsinin daşıyıcısı olan azərbaycanlılardan təmizləmək siyasətini dayandırmağa məcbur etdi. Beləliklə, Bağır Seyidzadənin və onun kimi minlərlə vətənpərvər azərbaycanlının canı repressiyadan qurtardı.

Professor Dilarə Seyidzadənin xatirələrindən: “O vaxt belə bir qayda vardı - kim qəzetə rəhbərlik edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, atam respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana getdi”. Bağır Seyidzadə İrana yola düşən gün - sentyabrın 15-də atası Mirqasım kişi infarktdan keçinir. Övladı Bağırın isə bundan xəbəri olmur. Qeys xanım qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə Mərkəzi Komitəyə müraciət etsə də, bir nəticə hasil olmur. Mərkəzi Komitə Mirqasım kişinin dəfnini təşkil etməklə vəzifəsini bitmiş hesab edir. Vaxtilə hər gün anasının qəbrini ziyarət edən Bağır uzun illər atasının məzarına baş çəkə bilmir.

Görkəmli ictimai, siyasi və dövlət xadimi Əziz Əliyev İranda işləmək üçün diplomatlar hazırlanılması məqsədilə kadr seçəndə nəzakətli davranışı, hər kəslə ünsiyyət qurmaq bacarığı ilə başqalarından fərqlənən Bağır Seyidzadənin üzərində dayanır və onu Moskvaya SSRİ Xarici İşlər Nazirliyindəki Ali Diplomatiya Məktəbinin altı aylıq kursuna göndərir. Moskvada fars dilini mükəmməl öyrənən və təhsilini fərqlənmə diplomu ilə bitirən Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir. Yazıçı Qılman İlkinin xatirələrindən: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.

Bağır Seyidzadə həm də gözəl natiq idi. O, müharibə illərində Səməd Vurğunun rəhbərlik etdiyi bir qrup Azərbaycan ziyalısı ilə birlikdə Novorossiysk cəbhəsində 416-cı, 77-ci və 223-cü diviziyalarda olmuşdu. Həmçinin Səməd Vurğunla birlikdə Tiflisdə vətənpərvərlik mitinqində iştirak etmişdi.

İrandan sonra Moskva onu təcrübəli diplomat kimi Türkiyəyə göndərmək istəyir. Lakin Mircəfər Bağırov onun Bakıda qalmasına nail olur və 1949-cu ildə Bağır Seyidzadəni Kinematoqrafiya naziri təyin edir. O, kinematoqrafiyada olan problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Həmin dövrdə çəkilmiş “Sovet Azərbaycanı” sənədli filmi Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü sovet dövründə ən yüksək mükafatı - Lenin mükafatını alır. “Dənizi fəth edənlər” filmi həm də I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılır.

Bağır Seyidzadənin kinematoqrafiya naziri kimi əldə etdiyi uğurlar onu Mircəfər Bağırovun gözündə ucaldırdı. Lakin bədxahları da az deyildi. Onlar gecə-gündüz Mərkəzi Komitəyə böhtan dolu məktublar yazırdılar. M.Bağırov 1952-ci ilin fevralında Bağır Seyidzadəni vəzifəsindən azad etməyə məcbur olur. B.Seyidzadə Radioinformasiya Komitəsinə gələrək fars redaksiyasına işə götürülməsini xahiş edir. Onu nəinki işə götürür, hətta farsca birbaşa efiri də ona həvalə edirlər. 1953-cü ildə isə Bağır Seyidzadə Radioinformasiya baş idarəsində müavin vəzifəsinə irəli çəkilir. Çox keçmir ki, Mərkəzi Komitə ona Poliqrafiya və Nəşriyyat İdarəsini yaratmağı tapşırır. Bu idarə 1958-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinə birləşdiriləndən sonra Bağır Seyidzadə nazir müavini təyin olunur.

Nazir müavini işləyərkən tərcümə ilə də məşğul olan Bağır Seyidzadə halal çörəkpulu qazanan məmur idi. O, “Görkəmli adamların həyatı” silsiləsindən Natalya Muravyovanın “Viktor Hüqo”, Leopold İnfeldin “Evarist Qalua”, İohan Pestalotsinin “Seçilmiş pedaqoji əsərləri” kitablarını tərcümə etmişdi. Xalq yazıçısı Qılman İlkinin xatirələrindən: “Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yox idi. Gecələr isə bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun ona zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr çox gülünc səslənirdi...”

Azərinformun (indiki AZƏRTAC) baş redaktoru Azər Ələsgərov bu barədə yazırdı: “Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmişdi. Bu səbəbdən də belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır”. Sonralar Mərkəzi Komitənin birinci katibi Vəli Axundov etiraf etmişdi ki, Bağır Seyidzadəni işdən əbəs yerə çıxarıb.

Bağır Seyidzadə hansı vəzifədə çalışırsa-çalışsın, yazıb-yaratmağa meyilli olub. Xatirələrdən aydın olur ki, Bağır Seyidzadə hələ məktəbdə oxuyarkən, eləcə də tələbə olarkən divar qəzeti çıxarırdı. Bəlkə də hələ o vaxt ürəyindən jurnalist olmaq keçirdi.

Dilarə xanımın söylədiklərindən: “Atam AZƏRTAC-da direktor müavini vəzifəsinə 1963-cü ildə təyin olunmuşdu. Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri - İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə “Gənc işçi” qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə ilə məşğul olması kömək edirdi. Azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. O, Azərinformda ömrünün son gününə qədər - 1968-ci il martın 24-dək işlədi”.

Bağır Seyidzadə övladlarının tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, Pestalotsiyə istinadən deyirdi ki, uşaqlarda təbiətin verdiyi, anadangəlmə keyfiyyətləri inkişaf etdirmək, zor işlətməmək, öyüd-nəsihətsiz, hay-küysüz keçinmək lazımdır. Dilarə xanımın söylədiklərindən: “Atam bizi tez-tez kinoya aparırdı, oxuduğumuz kitablar haqqında soruşurdu. Valideynlərimiz bizi həm sevir, həm də bilik qazanmağımız üçün tələbkarlıq göstərirdilər. Ailə səni sevə-sevə sənin gözlərinlə dünyaya baxır. Mənim uşaqlığımın xatirələri onunla bağlıdır ki, evimizdə valideynlərim arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Atam həmişə deyirdi ki, mənim dayağım mənim xanımımdır”.

Seyidzadələr ailəsində məhz belə idi…

Bağır Seyidzadənin jurnalist, diplomat, nazir, tərcüməçi ömrü yaşadığı dövrün mühitinə sığmayan dəyərli işləri özündə ehtiva edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib