ODESSA DÜNYANIN TARİXİ ŞƏHƏRLƏRİ LİQASINA QƏBUL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Odessa dünyanın tarixi şəhərləri Liqasının üzvü olmuşdur. İyunun 12-də tarixi şəhərlərin XI Ümumdünya Konfransının keçiriləcəyi Türkiyənin Konya şəhərində Odessa bu ilin mayında dünyanın tarixi şəhərləri Liqasına qəbul edilmiş şəhər kimi rəsmən təqdim olunacaqdır.
Tarixi şəhərlər Liqası nadir mədəniyyəti və ənənələri, zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılmışdır. Mədəniyyət, tarix, incəsənət, elm, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi üçün təşkilat 1994-cü ildə yaradılmışdır.
Tarixi şəhərlər Liqasında cəmi 70 şəhər vardır. Odessadan başqa, Liqaya İstanbul, Budapeşt, Vyana, Roma, Paris, Sankt-Peterburq, Praqa, Boston, Amsterdam, Brüssel, Afina, Barselona, Krakov, Dublin, Edinburq, Florensiya, Cenevrə, Qüds, Lissabon, Nikosiya, Monreal və digərləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]