Oğurluq törətmiş şəxslərin digər cinayət əməlləri də müəyyən olunmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Cəlilabad rayonunda Xudaşükür İbayevə məxsus mal-qara oğurlanmışdır.
Oğurluğu törətmiş rayon sakinləri Araz Məmmədov, Şamxal Niftullayev, Bakı sakini Camal Əliyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Kamal Əliyev isə müəyyən edilmişdir.
Aparılmış araşdırmalar nəticəsində Araz Məmmədovun Elçin Mahmudov və Nahid Məmmədovla birgə Cəlilabad Rayon Poçt Şöbəsinin 1 saylı filialından boş seyfi və Elçin Qurbanova məxsus mağazadan danışıq kartları və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.
Eləcə də, onların Cəlilabad rayon sakinləri Hilal Quliyevə məxsus aptekdən pul, Əzizxan Quliyevə və Rəhim Əsgərova məxsus mağazalardan ərzaq məhsulları və danışıq kartları oğurlamaları da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]