Oktyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 461 vətəndaş müraciət edib
Bakı, 10 noyabr, AZƏRTAC
Cari ilin oktyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 461 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 50-si məlumat xarakterli olmaqla 405 müraciət, təbii qaz təchizatı ilə bağlı 7-si məlumat xarakterli olmaqla 45 müraciət olunub. Digər məsələlərlə bağlı isə 2-si məlumat xarakterli olmaqla 11 müraciət göndərilib.
Müraciətlərdən 178-i agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (4 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 224 müraciət hazırda baxılma prosesindədir, 59 məlumat xarakterli müraciətdən 18-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]
Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]