OLİMPİADA ŞƏRƏFİNƏ ÇİNLİ BƏDƏNİNƏ 2008 İYNƏ BATIRIB
AZƏRTAC xəbər verir ki, çinli Vey Şen Pekində Olimpiya oyunları şərəfinə başına, o cümlədən sifətinə, habelə qollarına və sinəsinə 2008 rəngbərəng iynə batırmışdır.
Vey Şen vətənində Olimpiadanı dəstəkləmə aksiyasını Çinin cənubundakı Nannin şəhərində keçirmişdir.
Qeyd edək ki, Vey Şenin bədəninə bu qədər iynə batırması heç də ilk dəfə deyildir. 2004-cü ildə o, başına 1790 iynə batıraraq, Ginnessin Rekordlar kitabına düşmüşdür.
Britaniyanın “The Telegraph” nəşri dəqiqləşdirir ki, Şen Olimpiadanı bədənində manipulyasiyalarla qeyd etməyi qərara almış yeganə çinli deyildir. Məsələn, jurnalistlər yada salırlar ki, bir idman həvəskarı Pekində Olimpiada loqotipini alnına döydürmüş, habelə sinəsini idman tədbirinin rəmzləri ilə bəzəmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]