Olimpiya çempionu: Festival idmanın təbliği baxımdan böyük əhəmiyyət daşıyır
Bakı, 2 sentyabr, AZƏRTAC
Ölkəmizdə ilk dəfədir keçirilən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının əhəmiyyəti çox böyükdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 2-də festivala həsr edilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova deyib.
Respublikamızda idmançılara daim böyük qayğı göstərildiyini söyləyən olimpiya çempionu ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq yarışlardan sonra idmançılarımızla görüşdüyünü və onlara öz dəyərli tövsiyələrini verdiyini bildirib.
Z.Meftahətdinova, həmçinin qeyd edib ki, MOK-un fəaliyyəti və Olimpiya çempionları haqda filmlərin çəkilməsi çox vacib məsələ olmaqla beynəlxalq yarışlarda uğur qazanmış idmançılarımızın xalq arasında tanınmasında mühüm rol oynayır. Bu, eyni zamanda idmanın təbliğidir.
Qeyd edək ki, festival Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]