Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orqanizmin yod tələbatı

Orqanizmin yod tələbatı

Bakı, 25 may, AZƏRTAC

Yod deyəndə, ilk növbədə, yada yara və cızıqların dezinfeksiyası üçün istifadə olunan məhlul düşür. Əslində isə yod orqanizmin fəaliyyəti üçün əvəzolunmaz mikroelementlərdən biridir. Onun əsas funksiyası qalxanabənzər vəzin ifraz etdiyi həyati vacib tireoid hormonların - triyodtironin və tiroksinin sintezində iştirak etməsidir. Orqanizmdə gedən bir çox vacib proseslər məhz onunla əlaqədardır.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edən həkim-fitoterapevt Esmira Zeynalova qalxanabənzər vəz xəstəliyi nəticəsində orqanizmdə yaranan yod çatışmazlığı haqqında deyib: “Enerji və su-elektrolit mübadiləsi, istilikyaranma, ürək-damar sisteminin fəaliyyəti, bağırsaqların peristaltikası, psixoemosional vəziyyət və əhvali-ruhiyyə, bədən çəkisi, uşaqların psixi-fiziki və ana bətnində dölün düzgün inkişafı orqanizmdə yodun səviyyəsindən asılıdır.

12 yaşdan yuxarı uşaqların və yetkinlərin orqanizminə sutkada normal halda 120-150 mkq yod daxil olmalıdır. Hamiləlik və laktasiya dövründə ona tələbat 175-200 mkq-ya qədər artır. Qida ilə qəbul edilən yod asanlıqla bağırsaqlardan sorulur və udulmuş mikroelementin 80 faizi qalxanabənzər vəzdə toplanır”.

O, daha sonra deyib: “Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması, bununla əlaqədar yuxululuq, iş qabiliyyətinin azalması, yaddaşın zəifləməsi, arterial təzyiqin və ürək döyüntülərinin sayının azalması, qadınlarda menstrual sikl pozulması əlamətləri, uşaqlarda intellektin yüngül zəifləməsindən ağır kretinizmə qədər müxtəlif dərəcəli zehni geriləmə inkişaf edir. Dərinin quruması və solğunlaşması, ətraf mühitin hərarətindən asılı olmayaraq daim üşümə, təngnəfəslik, çəki artımı, hamilələrdə tez-tez düşüklər, erkən doğuş, körpələrin inkişaf qüsuru ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Məktəbyaşlı uşaqlarda yod çatışmazlığı zehni fəaliyyətin zəifləməsi və dərslərdən geri qalma ilə özünü göstərir. Biostimulyator və immunostimulyator olduğundan yod əskikliyi immun sistemin zəifləməsinə və tez-tez xəstələnmə hallarına səbəb olur.

Qanda qalxanabənzər vəz hormonlarının səviyyəsinin yoxlanılması, vəzin USM-i, sutkalıq sidikdə yodun təyini kimi müayinələrə və anamnezə əsaslanır.

Ev şəraitində də orqanizmdə yod çatışmazlığının olub-olmamasını sadə üsulla təyin etmək mümkündür: boyun nahiyəsi istisna olmaqla bədənin istənilən yerinə yodlu çərçivə çəkilir. Bir sutkadan sonra yod izləri tamamilə itsə, həkimə müraciət etmək tövsiyə olunur”.

Yod çatışmazlığı təsdiq olunanda müalicəvi qidalanma, medikamentoz terapiya və fitoterapiya üsullarından istifadə olunmasını məsləhət görən E. Zeynalova deyib: “Yer kürəsində yodun çox hissəsi okeanlarda cəmləşib. Ona görə də dəniz və okeanlardan əldə olunan məhsullar yodla daha zəngindir, lakin onu başqa qidalardan da əldə etmək mümkündür. Qızılbalıq, kambala, xek, tuna, siyənək kimi balıq növləri, kalmarlar, xərçəng, krevet, dəniz kələmi, dənli bitkilər, yumurta sarısı, meyvələrdən feyxoa, xurma, qoz, süd və mal əti yodla daha çox zəngindir. Qida rasionunda yodlaşdırılmış duz və mineral sulardan da istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, bişirilmə prosesi qidada olan yodun 65 faizini parçalayır və ona görə də çatışmazlığı ödəmək üçün çiy şəkildə duzlanmış balıq məhsulları, qurudulmuş dəniz kələmi, çiy meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. Yodlaşdırılmış duz qapalı şəkildə saxlanma şərti ilə müalicəvi xüsusiyyətini 4 ay saxlayır. Onu hazır xörəklərə əlavə etmək daha faydalıdır”.

“Bəzən yod preparatlarının özbaşına qəbulu intoksikasiyaya səbəb olur. Ağız suyu ifrazının artması, selikli qişalarda ödem, dəridə allergik səpgilər və allergik zökəm, ürəkdöyünmə, titrəmə, əsəbilik və yuxusuzluq, tərləmə və ishal orqanizmdə yod artıqlığı əlamətləri sayılır”, - deyən həkim-fitoterapevt bir neçə bitki resepti də məsləhət görüb.

Dəniz kələminin tozu gündə bir dəfə axşam yatmazdan qabaq 1 çay qaşığı yeyilir, üzərindən su içilir. Müalicə 2-4 həftə aparılır.

Bir ay gündə 3 dəfə 1 stəkan ilıq suya 2 çay qaşığı alma sirkəsi, 3 damcı yod əlavə edilərək içilir.

Həftədə iki dəfə vannadakı suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edilir, üstünə 5-6 damcı yod tökülərək 5 dəqiqə uzanılır.

Təzə badımcan çiy-çiy doğranılaraq yeyilir və ya şirəsi çəkilərək acqarına içilir. Xəstəlik vaxtı badımcan yeməklərinə üstünlük verilməlidir.

400-500 qram başınağacının quru və ya təzə meyvələri 2 litrlik şüşə qaba tökülür, üzərinə 1 kiloqram bal əlavə edilir və ağzı bərk bağlanır. 1 ay qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Prosedur 3 ay aparılır.

Feyxoa meyvələri ətçəkən maşından keçirilir, şəkər tozu ilə yarıbayarı qarışdırılır, hər səhər yeməkdən 40 dəqiqə əvvəl 2-3 xörək qaşığı qəbul edilir.

Sarı rəngli kəhrəba muncuğunu boyunda gəzdirmək müsbət nəticə verir.

6 hissə pişikotu kökü, 4 hissə yemişan meyvəsi, 5 hissə mayasarmaşığı qozası, 3 hissə dərman adaçayı, 3 hissə şirin biyan otu qarışdırılır, 2 xörək qaşığı xırdalanmış yığıntının üstünə 1 litr qaynar su əlavə edilərək vam ocağın üstündə ağzı bağlı qabda 10 dəqiqə qaynadılır, süzülmədən termosa boşaldılaraq, bir gecə saxlanır. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml qəbul edilir. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə etmək olar. Müalicə kursu 3-4 ay aparılır və prosedurlar arasında 10-14 gün fasilə verilir”.

E.Zeynalova qoz arakəsmələri, yarpaq və meyvəsi ilə aparılan xəstəliyin müalicə üsulları barədə də məlumat verib: “1 stəkan tam yetişmiş qozun arakəsmələri üzərinə 1 litr 40 faizli spirt əlavə olunur. Bir həftə qaranlıq yerdə saxlanandan sonra süzülür və gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı qəbul olunur. Müalicə 10 gün aparılır, bir həftə fasilə verilir və yenidən təkrar olunur. Cövhər 3 ay qəbul olunur.

Mayda dərilmiş qoz yarpaqları və yaşıl qabıqları xırdalanır, 3 xörək qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənir, kətan parça qatlanaraq dəmləmədə isladılır və boyuna islatma qoyulur, üzəri sellofan və dəsmalla bağlanır. İslatma axşam edilməli və səhərədək saxlanılmalıdır.

1 kq qoz ləpəsi ətçəkən maşından keçirilir və ya xırda-xırda doğranaraq yarım kiloqram balla qarışdırılır, ağzı bağlı şüşə bankada 20 gün işıqlı yerdə saxlanır. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir.

Kal qoz mayın ortalarında yığılıb əzilir, 1:1 nisbətində balla qarışdırılaraq ağzı bağlı şüşə bankada 1 ay qaranlıq yerdə saxlanır. 40 gün gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

Bu saata olan əsas xəbərlər

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

Zaur Cəfərov pauerliftinq üzrə Avropa çempionatına baş hakim təyin olunub

Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və sevincini ürəkdən paylaşırıq

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

Agentlik: Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib

Serdar Ünsal: Müstəqillik məşəli Azərbaycanın gənc nəsli üçün ilham mənbəyidir

Çində avtomobil qəzasında 13 nəfər ölüb

Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı

Dunay çayının sahilində Müstəqillik Gününə həsr olunmuş tədbir

Naxçıvan şəhərində fermer və sahibkarların elektrik enerjisinin verilişi ilə bağlı müraciətləri dinlənilib

Azərbaycan minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır