Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orta Dəhlizin qlobal perspektivləri və Prezident İlham Əliyevin strateji uzaqgörənliyi

Orta Dəhlizin qlobal perspektivləri və Prezident İlham Əliyevin strateji uzaqgörənliyi

Bakı, 14 fevral, AZƏRTAC

Orta Dəhliz layihəsinin ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilməsində mahir strateq kimi Prezident İlham Əliyevin qlobal və regional kontekstin obyektiv analizindən, transmilli layihələrin uğurlu icrasından, təcrübəli siyasi liderin intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli səylərin bünövrəsini formalaşdırır.

Bu fikirlər Milli Məclisin deputatı, texniki elmlər üzrə fəlsəfə doktoru Sadiq Qurbanovun “Orta Dəhlizin qlobal perspektivləri və Prezident İlham Əliyevin strateji uzaqgörənliyi” məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticarət, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır. Son 10 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradılıb. Azərbaycan region ölkələri arasında ən yaxşı start imkanlarına malikdir. Son illər ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda təhlili Prezident İlham Əliyevin strateji uzaqgörənliyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin strateji uzaqgörənliyini, ilk növbədə, onun mahir strateq kimi Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün Xəzər dəhlizi və Cənubi Qafqaz regionunun imkanlarını, xarici tədqiqatçıların qeyd etdiyi kimi, Çinə, eyni zamanda, Avropa ölkələrinə, Türkiyəyə, zaman keçdikcə Hindistana da ixracın şaxələndirilməsi strategiyasını həyata keçirməyə imkan yaradacaq alternativ Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinə potensial ehtiyacları, Xəzər regionu hövzəsi ölkələrinin enerji və türk dövlətlərinin inteqrasiyası, əməkdaşlığı potensialını, regional kooperasiyanın əhəmiyyətini əvvəlcədən düzgün dəyərləndirməyə və buna uyğun xarici siyasət, nəqliyyat-logistika və enerji strategiyası işləyib hazırlamasına, onun addım-addım həyata keçirilməsinə nail olmasında özünü göstərir.

Azərbaycan 10 il əvvəl Böyük İpək Yolunun bərpası ilə bağlı təşəbbüslər və layihələrin həyata keçirilməsinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədilə bu məsələləri ölkənin iqtisadi inkişafı ilə əlaqədar strateji planlaşdırmada nəzərə almış və müvafiq addımlar atıb. 2012-ci ildə qəbul edilən, “Gələcəyə baxış: 2020 Konsepsiyası”, 2016-cı ildə təsdiqlənən “Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”də Azərbaycanın regional tranzit mərkəz olması hədəfi, Ələt limanının fəaliyyətə başlaması, xüsusi iqtisadi zonanın yaradılması, Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu layihələrinin tamamlanması, logistika xidmətlərinin təkmilləşdirilməsi, logistik mərkəzlərin Bakı və regionlarda yaradılması əsas prioritetlər kimi müəyyən edilib.

Bu strategiya çərçivəsində Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyasına, xüsusən 2018-ci ildə yaradılmış Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud Transxəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə (Orta Dəhliz) strateji baxışı özünü doğruldur. Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Orta Dəhliz Çin və “Köhnə dünya” arasında üç ticarət dəhlizindən biridir, uzunluğu avtomobil və dəmir yolu ilə 4 min 256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Orta Dəhliz Avropa və Asiya arasında ticarət yolu kimi Şimal dəhlizinə nisbətən daha qənaətcil və sürətlidir və buna görə də iki min kilometr qısadır, daha əlverişli iqlim şəraitinə malikdir və səyahət müddətini 15 gün qısaldır. Çin mallarını orta hesabla 20-25 gün ərzində Avropaya çatdırır ki, bu da ən mühüm logistik üstünlüklərdən biri hesab olunur. Müqayisə üçün, Süveyş kanalı ilə Cənub-Şərqi Asiyadan malların daşınması bir qayda olaraq 35-40 gün çəkir. Trans-Sibir və Baykal-Amur magistralları kimi alternativ logistik nəqliyyat marşrutları, daşınma müddətinin uzun olmasına əlavə olaraq (xüsusilə qışda, qar səbəbindən qatarların hərəkət sürəti aşağı düşəndə), bu gün sərt anti-Rusiya sanksiyaları səbəbindən tamamilə əlverişsizdir.

Orta Dəhliz, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması Transxəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib.

Orta Dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizlə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini xeyli azaldır. Orta Dəhliz üzərində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi ortalama ixracın 5,2 faiz artması deməkdir. Artıq bu istiqamətdə səylər öz bəhrəsini verməkdədir, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 4 milyon 32 min 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 milyard 347 milyon 585 min ton təşkil edib. Bu marşrut üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.

Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olmuşdur. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 faiz artım qeydə alınmışdır. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 faiz təşkil etmişdir. Bu nəticələr Prezident İlham Əliyevin və Azərbaycanın strateji baxışının artıq mərhələ-mərhələ reallığa çevrildiyini deməyə əsas verir. Yanvarın 30-da Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla mətbuata bəyanatlarla çıxış edən zaman Prezident İlham Əliyev bir daha Avropa İttifaqının Avrasiya ölkələri ilə ticarət əlaqələrinin inkişafı, diversifikasiyasında ölkəmizin strateji yanaşmasını diqqətə çatdırıb: “Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var”.

Azərbaycanın transmilli layihələri Türkiyənin də tranzit imkanlarının genişləndirilməsi və Avrasiya regionu ilə alternativ nəqliyyat əlaqələrinin yaranmasına töhfə verir. Orta Dəhliz çərçivəsində bölgənin gömrük orqanları arasında əməkdaşlığı hədəfləyən “Karvansaray layihəsi” ilə yanaşı, “Marmaray” dənizaltı dəmir yolu, 26 avqust 2016-cı ildə açılmış İstanbuldakı Yavuz Sultan Səlim körpüsü kimi Avropanı Asiya ilə birləşdirən əsas infrastruktur təşəbbüsləri tamamlanıb. 20 dekabr 2016-cı ildə açılan Avrasiya Tuneli və 29 oktyabr 2018-ci ildə açılışı olan İstanbul Hava Limanı, Qars Yüksək Sürətli Dəmiryolu layihəsi, Gebze-Orhangazi-İzmir Avtomobil Yolu, Şimali Mərmərə Avtomobil Yolu layihəsi və Filyos, Çandarlı və Mersin limanlarının tikintisi regional qarşılıqlı əlaqəni də artıracaq layihələr kimi qeyd edilməlidir.

Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta Dəhliz layihəsinin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artıracaqdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından əhəmiyyətə malikdir. 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan, uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faizi yerinə yetirilmiş, tikinti işlərinin isə 38 faizi (53,2 km) icra edilib. Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq və Şərq-Qərb istiqamətində yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Azərbaycan bu məsələlərə yalnız bu günün deyil, yaxın və orta perspektivin imkanları prizmasından yanaşır və əvvəlki uğurlu təcrübə, strateji yanaşma əsas götürülür. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyev həm ötən 10 il ərzində reallaşan strateji baxışın nəticələrini qeyd edib, həm də vəd etdiyi imkanları diqqətə çatdıraraq bildirib: “Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik”.

Beləliklə, qeyd etmək olar ki, Orta Dəhliz layihəsi artıq reallıqdır və Çinindən başlayan Şimal və Cənub dəhlizlərinə alternativ yaradır və strateji əhəmiyyəti ilə fərqlənir. Orta Dəhliz yeni geosiyasi şərtlərin təsiri ilə aktuallaşıb, eyni zamanda, layihə yeni geosiyasi reallıq yaratmaq potensialına malikdir. Şərqlə-Qərb arasında alternativ ticarət əlaqəsi imkanı kimi yaxın perspektivdə aktuallığını qoruyacaq. Marşrut Çin üçün təhlükəsizlik, enerji, xarici ticarət və nəqliyyat baxımından xüsusi əhəmiyyət kəsb edir. Çin riskləri aradan qaldırmaq potensialı saxlamaq, yeni imkanlar yaratmaq üçün bu layihədə maraqlıdır və dəstəyini artıracaq.

Orta Dəhliz layihəsi Türk Dövlətləri Təşkilatı ölkələrinin strateji dəyərini artırır və iqtisadi tərəqqiyə töhfə verməklə yanaşı, sürətlə dəyişən qlobal şərtlərdə daha əlverişli mövqeyə malik olmaq imkanları verir. Avropa ilə Avrasiyanın ticarət əlaqələrində alternativ nəqliyyat yollarına ehtiyacın artıb. Bununla əlaqədar Türkiyənin, Xəzər hövzəsi ölkələrinin, ayrı-ayrı Avropa İttifaqı dövlətlərinin təşəbbüslərin də intensivləşib. Prezident İlham Əliyevin Orta Dəhliz layihəsi ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub