İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108018943 ISIN-li, 30 milyon AZN həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 88.1309 AZN (9 faiz) və 95.8830 AZN (6.9898 faiz) olan 5 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.8404 AZN (7.5 faiz), orta ölçülmüş qiyməti 94.4554 AZN (7.3449 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 milyon 249 min 800 AZN, yerləşdirilmiş həcmi isə 12 milyon 443 min 500 manat təşkil edib. İstiqrazlar 2027-ci il iyunun 29-da ödəniləcək. Hərrac iştirakçıları iyulun 6-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif olunan istiqrazların həcmi 50 faizədək artırıla bilər.