İQTİSADİYYAT
Osman Əli Bhatti: Ölkələrimizin əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensial vardır
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi (“ADEX-2014”) sərgisində iştirak edən Pakistanın “Global Industrial Defence Solutions” (GIDS) şirkətinin baş meneceri Osman Əli Bhatti deyib.
Baş menecer bildirib ki, şirkət sərgidə hava hücumundan müdafiə üzrə qabaqcıl məhsullarını da nümayiş etdirir. Hərbi-dəniz bölməsində hərbi-dəniz, taktiki sürət simulyatorları və digər məhsullar xüsusilə seçilir. Quru qoşunları üzrə məhsullara gəldikdə, sərgidə ordu üçün səyyar səhra mətbəxi, təhlükəsizlik avadanlıqları da nümayiş olunur.
Pakistanlı qonaq daha sonra deyib: “Biz bu sərgiyə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğumuz üçün qatılmışıq və “ADEX-2014”-də iştirak etməyimizdən son dərəcə məmnunuq. Biz ortaq mədəniyyətə və ümumi adətlərə malikik. Eyni zamanda, ölkələrimizin əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensial vardır”.