Ötən ay 15 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Bakı, 10 noyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən oktyabr ayında yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerjitəchizat sxemini dəyişən 15 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 57 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 9 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 10 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]