Ötən ay OPEC-in neft istehsalı artıb
Bakı, 13 may, AZƏRTAC
Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı mart ayı ilə müqayisədə 1 milyon 800 min barrel artaraq gündəlik 30 milyon 410 min barrelə yüksəlib. OPEC-in dünya neft hasilatındakı payı isə 30,6 faiz olub.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt artırıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 1 milyon 533 min barrel artaraq 11 milyon 550 min barrel olub. BƏƏ-nin sutkalıq hasilatı 332 min barrel çoxalaraq 3 milyon 839 min barrelə çatıb. Küveytdə isə neft istehsalı 259 min barrel artaraq sutkada 3 milyon 132 min barrelə yüksəlib.
Apreldə kartelə üzv ölkələrdə neft istehsalı ən çox Anqola, Nigeriya və İranda azalıb. Anqolanın gündəlik hasilatı 90 min barrel azalaraq 1 milyon 312 min barrelə düşüb. Nigeriyada istehsal 68 min barrel geriləyərək sutkada 1 milyon 777 min barrel təşkil edib. İranda isə hasilat 53 min barrel azalaraq 1 milyon 969 min barrel təşkil edib.
Keçən ay dünyadakı qazma qurğularının sayı martla müqayisədə 448 ədəd azalaraq 1674 olub. Həmin qurğuların 561-i OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]