Ötən dörd ayda bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir
Bakı, 15 may (AZƏRTAC). İlin dörd ayında tikinti kömpleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri də istifadəyə verilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-aprel aylarında ümumi sahəsi 419,8 min kvadratmetr olan evlər, 496 yerlik ümumtəhsil məktəbi binası, 140 yerlik klub, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində “Çinar Hotel” kompleksi və “Qaşaltı” sanatoriyası tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan dövlət sərhədi, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar və Astara-Bala Şahağac avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]
Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir
- 09.09.2026 [13:55]