Ötən il hasilat göstəriciləri 61,5 min unsiya qızıla, 134,4 min unsiya gümüşə çatdırılıb
Bakı, 7 fevral, AZƏRTAC
Ötən il hasilat göstəriciləri 61,5 min unsiya qızıla, 134,4 min unsiya gümüşə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov fevralın 7-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, qızıl hasilatı plandan 11 faiz, gümüş hasilatı isə 55 faiz daha artıq icra edilib. 2020-ci illə müqayisədə ötən qızıl hasilatı üzrə 2,5 faiz, gümüş hasilatı üzrə 10,9 faiz artım qeydə alınıb.
O deyib ki, fəaliyyət göstərdiyi 5 ildə qurum tərəfindən 256,5 min unsiya qızıl, 488 min unsiya gümüş hasil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]