Oxucular Fergüsonun tərcümeyi-halında 45 səhv tapmışlar
Bakı, 19 noyabr (AZƏRTAC). Böyük Britaniyada “Mançester Yunayted” futbol klubunun məşhur məşqçisi Aleks Fergüsonun tərcümeyi-halı çapdan çıxmışdır. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, kitab dərhal “satışda liderə” və memuarlarda 45 faktoloji səhv tapmış tələbkar oxucuların tənqid obyektinə çevrilmişdir.
Məsələn, oxucular qeyd edirlər ki, kitabda deyildiyinə görə, komandanın yarımmüdafiəçisi Rayan Giqqz klubun heyətində ilk oyununa 16 yaşında başlamışdır, halbuki həmin vaxt onun 17 yaşı tamam olmuşdu.
Bundan başqa, Fergüson ona kardiotənzimləyicinin qoyulduğu tarixi qarışdırmışdır. Əslində prosedur 2004-cü ilin martında həyata keçirilmişdir, lakin məşqçi bildirir ki, onun üzərində bu əməliyyat 2000-ci ildə aparılmışdır.
Nəşriyyatın nümayəndələri təsdiq edirlər ki, onlar Fergüsonun kitabından narazı qalan hər bir oxucunun pulunu geri qaytarmağa hazırdırlar.
2013-cü ilin mayında Fergüson 27 il baş məşqçisi olduğu “Mançester Yunayted”dən getdiyini elan etmişdir. Məşqçi bu klubu “MY” 13-cü dəfə Premyer-liqada qalib gəldikdən sonra tərk etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]