Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA

Hörmətli İslam Əbdüqəniyeviç,

Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Özbəkistan xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Özbəkistan qarşıya çıxan hər cür çətinlikləri aradan qaldıraraq, genişmiqyaslı islahatlar xəttini uğurla həyata keçirmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır.

Müstəqil dövlətçiliyimiz dərin tarixi kökləri olan əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açmışdır. Əminəm ki, xalqlarımızın iradəsini həyata keçirərək, regionumuzda sülh və sabitlik naminə dostluq və əməkdaşlıq ənənələrimizin inkişafına bundan sonra da yeni-yeni töhfələr verəcəyik.

Hörmətli İslam Əbdüqəniyeviç, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

26 avqust 2003-cü il.

***

VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ÇAN DIK LIONQA


Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. Hörmətlə,Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti 26 avqust 2003-cü il.

***

SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RUDOLF ŞUSTERƏ


Hörmətli cənab Prezident, Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və firavanlıq arzulayıram.Hörmətlə,Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti 26 avqust 2003-cü il.

***

LİVİYA İNQİLABININ RƏHBƏRİ, LİVİYA ƏRƏB SOSİALİST XALQ CƏMAHİRİYYƏSİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB MÜƏMMƏR QƏZZAFİYƏ


Hörmətli cənab Başçı, Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin milli bayramı – İnqilab günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı əməkdaşlıq imkanlarını genişləndirəcəkdir. Sİzə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. Hörmətlə, Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti 26 avqust 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV FRANSA SENATININ QAFQAZ ÜZRƏ DOSTLUQ QRUPUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR


Sentyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ölkəmizdə səfərdə olan Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədri Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Baş nazir İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi: -Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Fransa Senatının Qafqaz qrupunun fəaliyyəti bizə bəllidir. Biz bu fəaliyyəti çox yüksək qiymətləndiririk və ölkələrimiz arasında mövcud olan dostluq, mehribanlıq münasibətlərinin formalaşmasında sizin əməyiniz çox böyükdür. Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan və Fransa prezidentləri arasında da dostluq münasibətləri mövcuddur və bu, ölkələrimizi daha da yaxınlaşdırır. Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir və təbii ki, bu qrupun fəaliyyətində böyük rol oynayır. İstərdik ki, Fransanın Minsk qrupunda rolu bundan sonra da yüksək səviyyədə olsun. Biz bilirik ki, sizin ölkəniz bu məsələnin həllində böyük səy göstərir və bu səy yəqin ki, bundan sonra da davam edəcəkdir. Əlbəttə, bizim böyük ümidlərimiz vardır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, o cümlədən Fransanın səyləri nəticəsində yaxın zamanlarda bu münaqişəyə son qoyula bilər. Fransa şirkətləri Azərbaycanda çox geniş fəaliyyət göstərir. Bir çox iri fransız şirkətləri neçə ildir ki, Azərbaycanda bizimlə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlığı çox uğurlu hesab edirik və Fransa şirkətlərinin buradakı fəaliyyətindən çox məmnunuq. İstərdik ki, gələcəkdə bu fəaliyyət daha da genişlənsin. Nümayəndə heyətinin rəhbəri AMBRUAZ DÜPON səmimi qəbul üçün təşəkkür edərək dedi: - Biz buraya Fransa Senatının Fransa-Azərbaycan dostluq qrupu çərçivəsində səfərə gəlmişik. Cənab Baş nazir, Siz Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətini çox yüksək qiymətləndirdiniz. Mən də öz növbəmdə dostluq qruplarının fəaliyyəti barədə danışmaq istərdim. Azərbaycan tərəfindən dostluq qrupuna rəhbərlik edən xanım Gülər Əhmədova bizim qrupu çox yaxşı məlumatlandırır və biz onun fəaliyyətindən çox razıyıq. Eyni zamanda, biz bilirik ki, Azərbaycan hazırda seçkiqabağı dövr yaşayır. Fransa seçkiqabağı prosesləri diqqətlə izləyir və bu seçkilərin keçirilməsinə çox diqqətlə yanaşır. Qeyd etməliyəm ki, ölkələrimiz arasında dostluq əlaqələri yalnız parlamentlər arasında münasibətlərdən ibarət deyildir. Bu əlaqələr ən yüksək səviyyədə həyata keçirilir. Bildiyiniz kimi, Prezident Jak Şirakla cənab Heydər Əliyev arasında olan dostluq münasibətləri çox yüksək səviyyədədir. Təbii ki, biz atanızın səhhətinin tezliklə yaxşılaşmasını arzulayırıq. Siz, eyni zamanda, Minsk qrupunun fəaliyyətinə toxundunuz və bu qrupun Ermənistanla Azərbaycan arasında olan münaqişənin aradan qaldırılması sahəsində görə biləcək işlərdən danışdınız. Ermənistanda və Azərbaycanda seçkilərlə əlaqədar münaqişənin həlli prosesi bir qədər dayandırıldı. İnanırıq ki, seçki prosesi başa çatdıqdan sonra Minsk qrupu öz fəaliyyətini yenidən davam etdirəcəkdir. Fransa Prezidenti Jak Şirak, Fransa Senatının sədri Kristian Ponsle bu məsələyə çox diqqətlə yanaşırlar. Cənab Ponsle Cənubi Qafqazın hər üç ölkəsinin parlament sədrlərinin görüşlərini təşkil etmişdir və bu ilin sonuna qədər yeni bir görüş təşkil etmək fikrindədir. Bundan başqa, o, bu ilin sonunda Bakıya səfər edəcəkdir. Bu səfərdən əvvəl o, üç ölkənin parlament sədrləri ilə şəxsən görüşməyi təklif etmişdir. Beləliklə, biz bu münaqişənin həll edilməsi üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq. Bilirik ki, siz də bu problemin tezliklə həll olunmasında maraqlısınız. Bildiyiniz kimi, dostluq qrupu Azərbaycanla mütəmadi olaraq əlaqələr saxlayır. Bu, iki il ərzində mənim buraya dördüncü səfərimdir. Sonuncu dəfə mən Fransanın dövlət katibi ilə birlikdə ölkənizə səfərə gəlmişdim. Bu səfər iqtisadi məsələlər üzrə müştərək komissiyanın fəaliyyəti ilə bağlı idi. Deməliyəm ki, biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığa çox mühüm əhəmiyyət veririk. Bu sahədə bağlanmış ikitərəfli saziş bizi çox sevindirir. Eyni zamanda, biz digər sahələrdə əldə olunmuş razılaşmalara da böyük önəm veririk. Mən ölkələrimiz arasında mövcud olan əməkdaşlığın iki vacib sahəsini vurğulamaq istərdim. Bunlardan birincisi, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı, yəni, diversikasiyasıdır. Bu, cəmiyyətdə tarazlıq yaradılması üçün çox vacib bir amildir. Bizim əhəmiyyətli hesab etdiyimiz ikinci əməkdaşlıq sahəsi mədəniyyətdir. Xüsusilə biz burada mədəniyyət mərkəzinin yaradılmasını nəzərdə tuturuq. Bu sahədə iqtisadi inkişaf naziri Fərhad Əliyev bizə çox böyük kömək göstərir. Bunun üçün biz Sizə təşəkkür edirik. Mədəniyyət sahəsində digər bir layihə 2004-cü ilin sentyabr ayında Senatın binasında keçiriləcək rəsm sərgisidir. Bu sərgi vasitəsilə biz Azərbaycan incəsənətini təbliğ etmək məqsədi güdürük. Mən fərəh hissi ilə demək istəyirəm ki, çox yüksək səviyyəli nümayəndə heyəti ilə yenidən Bakıya gəlmişəm. Onları təqdim etmək istəyirəm. Senator Bertran Oban Fransa müxalifətinin sosialist fraksiyasına daxildir, cənab Andre Düle Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədridir. O, bu regiona çox yaxşı bələddir, Mərkəzi Asiyanı və Sizin ölkənizin yerləşdiyi regionu yaxşı tanıyır. Senator Patris Jelar isə Senatın qanunvericilik komissiyası sədrinin birinci müavinidir. Gördüyünüz kimi, nümayəndə heyətimiz bütün sahələri təmsil edir. Təqdim etdiyim son iki senator parlament çoxluğunu təmsil edən qrupa daxildirlər. Cənab Baş nazir, bizi qəbul etdiyinizə görə bir daha Sizə təşəkkür edirik. Ölkənizdə olduğumuz iki gün ərzində çox faydalı görüşlər keçirmişik və bundan sonra da müxtəlif nazirlərlə görüşlərimiz olacaqdır. Demək istəyirəm ki, bu səfərlər nəticəsində ölkənizi daha yaxşı tanıyırıq. Məqsədimiz Azərbaycan haqqında məlumatları Fransa ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Ətraflı məlumat üçün Ambruaz Düpona təşəkkürünü bildirən Baş nazir İLHAM ƏLİYEV dedi: -Mən bilirəm ki, artıq siz neçə gündür ki, ölkəmizdə səfərdəsiniz və hələ bir neçə gün də burada olacaqsınız. Dünən siz Quba şəhərində olmusunuz və hələ digər maraqlı görüşlər də keçirəcəksiniz. Sizə səfərinizin uğurla başa çatmasını arzulayıram.X X X Görüşdə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri Gülər Əhmədova, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Fransanın Bakıdakı səfiri xanım Şantal Puare iştirak edirdilər.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ


Hörmətli cənab Baş nazir, Avropa Yenidənqurma və İnkişaf Bankı adından Sizi yeni təyinat münasibətilə təbrik edirəm. Biz Sizin hökumətin Azərbaycanı inkişaf edən və hərtərəfli bazar iqtisadiyyatlı ölkəyə çevirmək səylərində iştirak etmək ümidindəyik. Azərbaycan üzrə strategiyamıza uyğun olaraq, biz gələcək illər ərzində ölkənizdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Neft və qaz sektorunda davamlı fəaliyyətimizdən əlavə, biz, kiçik və orta müəssisələrin qüvvətlənməsi, maliyyə sektorunun gücləndirilməsi və Azərbaycanda infrastrukturun bərpası üzərində işləri vurğulamağı planlaşdırırıq. Mən yaxın gələcəkdə fəaliyyətimizi Sizinlə ətraflı müzakirə edə biləcəyimə ümid edirəm. Hörmətlə,Jan Lemyer, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, London, 26 avqust 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ


Zati-aliləri! Sizi Baş nazir təyin olunmağınız münasibətilə təbrik edirəm. Ülyahəzrət hökuməti Sizinlə əməkdaşlıq etmək və qarşıdakı illərdə ölkələrimiz arasında əlaqələri gücləndirmək ümidindədir. İyun ayında Toni Bleyerin İrəli sürdüyü Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə başlamaq üçün Lankaster Hausda keçirilən konfransda Sizin iştirakınız bizim yaxın əlaqələrimizə parlaq nümunədir. Hörmətlə,Doktor Denis Mak Şeyn, Böyük Britaniya parlamentinin üzvü. 18 avqust 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ


Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə hökumət ölkənin tərəqqi və Rusiya ilə mehriban münasibətlərin inkişafı yolu ilə getməsi üçün hər şey edəcəkdir. Ümidvar olduğumu bildirirəm ki, Sankt-Peterburq və Azərbaycan sakinləri arasındakı dostluq əlaqələri bundan sonra da möhkəmlənəcəkdir. Sizə cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyət arzulayıram. Aleksandr Beqlov Sankt-Peterburq qubernatorunun vəzifəsini icra edənSankt-Peterburq, 29 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir