DÜNYA
Özbəkistanın sabiq Baş prokurorunun dəbdəbəli evi satışa çıxarılıb
![Özbəkistanın sabiq Baş prokurorunun dəbdəbəli evi satışa çıxarılıb](/files/2019/3/1200x630/1574162762894618737_1200x630.jpg)
Daşkənd, 19 noyabr, АZƏRTAC
Özbəkistanın sabiq Baş prokuroru Rəşid Kadırovun paytaxtın Mirzə-Uluqbəy rayonundakı dəbdəbəli evi hərrac yolu ilə satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, mülkün ilkin dəyəri 1 milyon dollar məbləğində qiymətləndirilib.
Xatırladırıq ki, sabiq Baş prokuror bu ilin yayında rüşvət alma, korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Rəşid Kadırov 15 il Özbəkistanın Baş prokuroru olub, 2018-ci ilin fevralında həbs edilib. İstintaq müəyyən edib ki, Rəşid Kadırov ölkə iqtisadiyyatına 500 milyon dollar həcmində ziyan vurub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]