ÖZƏL KLİNİKA AYDA BİR DƏFƏ ƏHALİYƏ PULSUZ XİDMƏT GÖSTƏRİR
“N-KAY-M KLİNİK” MMC-nin rəhbəri Natiq Mütəllimov AZƏRTAC-ın müxbirinə demişdir ki, 1,2 milyon ABŞ dollarına başa gəlmiş müəssisənin açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Burada 75 nəfər ali və orta ixtisas təhsilli tibb işçiləri şimal bölgəsinin əhalisinə keyfiyyətli səhiyyə xidməti göstərir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrə, uşaq evlərinə, kimsəsiz ahıllara yardım edirik. Ayda bir dəfə əhaliyə pulsuz xidmət göstəririk.
Klinikamızı genişləndirmək, yeni korpus tikmək istəyirik. Artıq lazımi torpaq sahəsi və kredit götürmüşük. Yeni korpus işçilərin sayını 125 nəfərə çatdırmağa imkan verəcəkdir.