PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ
Hörmətli cənab Prezident,
Lakki Marvat şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 yanvar 2010-cu il.