Pakistanda baş vermiş güclü zəlzələ nəticəsində 19 nəfər həlak olub
İslamabad, 24 sentyabr, AZƏRTAC
Pakistanın Hindistanla sərhədində-Azad Kəşmir və Pəncab əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 300-dən artıq adam yaralanıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, zəlzələ Rixter cədvəli üzrə 6,3 bal gücündə olub. Zəlzələnin gücündən magistral yollarda böyük çatlar əmələ gəlib. Bəzi yerlərdə yollar bağlanıb. Məlumatda bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər. Yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]