PAKİSTANDA VƏ RUSİYADA VERTOLYOT QƏZALARI
Hadisə Əfqanıstanla sərhəddəki Şimali Vəziristanda baş vermişdir. Vertolyotun vurulub yerə salındığı, yaxud onun texniki nasazlıqdan qəzaya uğradığı hələlik bildirilmir.
Şimali və Cənubi Vəziristana Əfqanıstandan soxulmuş “Əl-Qaidə”nin yaraqlıları və devrilmiş “Taliban” rejiminin tərəfdarları ilə mübarizə aparmaq üçün son bir neçə ay ərzində buraya Pakistan ordusunun minlərlə əsgəri gətirilmişdir. Bəzi məlumatlara görə, “Üsəma ben Ladenin və beynəlxalq terror şəbəkəsinin digər başçılarının indiyədək məhz orada gizləndikləri ehtimal olunur.
İTAR-TASS agentliyi xəbər verir ki, avqustun 5-də Rusiyanın Yamal-Nen Muxtar Mahalının Vınqapurovski qəsəbəsində də vertolyot qəzaya uğramışdır. Mi-8 tipli vertolyotda 3 heyət üzvü və 12 sərnişin olmuşdur. Rusiya Fövqəladə Hallar Nazirliyində onların hamısının həlak olması faktını təsdiq etmişlər. Qəzanın səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]