PARİSDƏ DAŞ DÖVRÜ MƏSKƏNLƏRİNİN İZLƏRİ TAPILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Parisin cənub-qərbində, Sena çayı sahillərində çaxmaqdaşından düzəldilmiş minlərlə ox ucluğu və insan sümüklərinin fraqmentləri aşkar olunmuşdur.
Tapıntılar sübut edir ki, insan fəaliyyətinin ilk əlamətləri eramızdan əvvəl, təqribən 7600-cü ilə, yəni orta daş dövrünün mezolit dövrünə aiddir. Beləliklə, bu ərazidə ilk məskənlərin tarixinin güman edildiyindən 3 min il qədim olduğu aşkarlanmışdır.
Parisin 15-ci dairəsində, Eyfel qülləsindən təqribən bir mil aralıda yerləşən sahə Sena çayının tez-tez daşması nəticəsində yığılıb qalan lilin sayəsində hifz olunmuşdur. Arxeoloqlar güman edirlər ki, mezolit dövründə uzun əsrlər boyu həmin sahədən ox ucluqlarının kəsilməsi üçün kiçik çaxmaqdaşlarının axtarılması və çeşidlənməsi məqsədilə istifadə edilmişdir.
Bundan əvvəl Paris ərazisində tapılmış ən qədim insan məskəni eramızdan əvvəl təqribən 4500-cü ilə aiddir. Tikinti işlərinin nəzərdə tutulduğu sahələrdə preventiv arxeologiya ilə məşğul olan “Inrap”ın - Fransa hökumət agentliyinin yeni kəşfləri şəhərin tarixinin başlanğıcını paleolit və neolit arasındakı dövrə aid etməyə əsas verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]