Parlament Mərkəzi Bankın İdarə Heyəti üzvləri ilə bağlı dəyişiklikləri təsdiqləyib
Bakı, 7 noyabr, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında qanun layihələrini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələlər parlamentin noyabrın 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin olunublar. Eyni zamanda, Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsindən azad edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]