İQTİSADİYYAT
Paytaxtın metallurgiya sənayesində 5,7 faiz artım olub
Bakı, 7 may, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında paytaxtın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 101,6 milyon manatlıq məhsul istehsal edilib, ötən ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesində 5,7 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 16,9 faiz azalma müşahidə olunub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin yanvar-mart aylarına nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 10,2 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 42,3 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 44,7 faiz, armaturun istehsalı isə 15,8 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]