PEKİN OLİMPİADASININ ON BİRİNCİ GÜNÜ
AZƏRTAC xəbər verir ki, avqustun 19-da Azərbaycanın sərbəst güləşçiləri Namiq Sevdimov (55 kiloqram) və Zəlimxan Hüseynovun (60 kiloqram) Pekin Olimpiadasında onlardan medallar gözləyən idman azarkeşlərinin ümidlərini doğrultmadılar.
Z.Hüseynov 1/16 finalında dünya və Olimpiya çempionu, rusiyalı Mövlud Batırov ilə görüşmüşdür. İlk qarşılaşmada məğlub olan idmançımız təsəlliverici görüşlərdə kubalı Yandro Kuintana və makedoniyalı Murad Ramazanova qalib gəlmişdir. Lakin bürünc medal uğrunda həlledici görüşdə Zəlimxan iranlı Seyidmurad Məhəmmədiyə uduzmuşdur.
Namiq Sevdimovun əvvəlcə yarımfinalda, sonra isə təsəlliverici görüşdə medalçılar sırasına düşmək imkanı var idi. Lakin güləşçimiz hər iki görüşdə məğlub oldu. Sevdimov çıxışlarına şimali koreyalı Kyenq-İr Yanq üzərində qələbə ilə başlamışdı. 1/4 finalda isə cənubi koreyalı güləşçi Xyu-Cub Kimə qalib gəldi. Ancaq yarımfinalda amerikalı Henri Seudona uduzan güləşçimiz üçüncü yer uğrunda bolqarıstanlı Radoslav Velikov ilə görüşdə də məğlub olaraq, medalsız qaldı.
Avqustun 20-də Olimpiya oyunlarında Azərbaycan sərbəst güləşçiləri Emin Əzizov (60 kiloqram) və Camsulvar Camsulvarayev (74 kiloqram) çıxış edəcəklər. Emin 1/16 finalda İsveçrə idmançısı Qreqori Sarasin, Camsulvarayev isə 1/8 finalda belaruslu Murad Heydərov ilə görüşəcəkdir.
Taekvondoçuların da rəqibləri məlumdur. Bu növdə Azərbaycanın yeganə təmsilçisi Rəşad Əhmədov (80 kiloqram) yarışlara Qətərin nümayəndəsi Sərxan Əbdülhadir Hikmətə qarşı mübarizə ilə başlayacaqdır.
Xatırladaq ki, Olimpiadanın ötən on günü ərzində idmançılarımız bir qızıl, iki gümüş və iki bürünc medal qazanmışlar. Boks yarışlarında bir medalımız olacaq. Onu hələlik yarımfinalda yarışacaq Şahin İmranovdan gözləyirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]