Penitensiar Xidmətdə azadlıqdan məhrum edilmiş şəxslərin ailə üzvləri ilə görüş keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Penitensiar Xidmətin baş idarəsində məhkumların valideynləri, ailə üzvləri və yaxın qohumları ilə görüş keçirilmişdir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkumların yaxınları, cəza çəkənlərin valideynləri və ailə üzvləri ilə birbaşa təmasda olmaq, onların arzu və istəklərini dinləmək üçün Xidmət rəhbərliyi tərəfindən belə görüşlərə xüsusi önəm verildiyini qeyd etmişdir. Nazir müavini əhalinin həssas qrupuna daxil olan məhkumların qanunvericiliklə müəyyən olunmuş hüquqlarının təmin olunmasına, onların saxlanma şəraitinin müasir standartlara cavab verməsinə daim ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini və bu məqsədlə dövlət proqramlarının qəbul olunduğunu diqqətə çatdırmışdır.
Görüşdə iştirak edən məhkumların valideynləri cəza çəkən qohumlarının saxlanma şəraitindən, onların hüquq və mənafelərinin qorunmasından razılıqlarını bildirmişlər.
Penitensiar Xidmət rəhbərliyi görüş iştirakçılarının suallarını cavablandırmışdır.
Bütün müraciətlər xidmətin katibliyi tərəfindən qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]