Penitensiar Xidmətin əməkdaşları və məhkumlar ağacəkmə aksiyasında iştirak ediblər
Bakı, 5 may, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tabeli qurumlarda və ətraf ərazilərdə genişmiqyaslı abadlıq işləri təşkil edib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilmiş kütləvi iməcilik çərçivəsində Penitensiar Xidmətin əməkdaşları və məhkumlar tərəfindən tabe qurumların həyətyanı sahələri təmizlənib, abadlaşma işləri görülüb. Eyni zamanda, ətraf ərazilərdə minlərlə yeni ağac əkilib.
Ətraf mühitin mühafizəsi məqsədilə keçirilən aksiyada ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov və Xidmətin məsul əməkdaşları iştirak ediblər.