Penitensiar Xidmətin Mühafizə alayında “Nəsimi 650” mövzusunda tədbir keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına əsasən, sentyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında breyn-rinq intellektual yarışının final mərhələsi keçirilib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov “Nəsimi irsinin insanların mənəvi əxlaqi kamilləşməsində rolu” mövzusunda çıxış edib və şairin zəngin irsindən şeirlər səsləndirilib.
Sonda qalib komandalar fəxri fərman və kuboklarla mükafatlandırılıb.