Peşə Təhsil Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
Bakı, 13 dekabr, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Peşə Təhsil Mərkəzinin foyesində qoyulmuş büstü ziyarət edilib, gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş etdirilib.
Çıxışçılar Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Sonda “Ulu bir sərkərdə, Ulu bir Öndər” şeiri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [13:10]
Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir
- 05.06.2026 [12:41]