Pestisid və gübrələrin satışı ilə məşğul olan ticarət obyektlərində monitorinqlər aparılır
Bakı, 17 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində hüquqi və fiziki şəxslərə məxsus pestisid və gübrələrin satışı ilə məşğul olan ticarət obyektlərində monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda fəaliyyət göstərən pestisid və gübrələrin satışı ilə məşğul olan ticarət obyektlərində aparılan monitorinqlərdə pestisid və gübrələrin daşınması, satışı, saxlanma şəraiti, dövlət qeydiyyatından keçməsi, istifadəyə yararlılıq müddəti, qadağan olunmuş dərman preparatlarının satışının həyata keçirilməsi, satış obyektlərində kimyəvi preparatların saxlanması zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması araşdırılıb.
Monitorinqlər nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar satış obyektlərinin rəhbərləri məlumatlandırılıb, onlara qanunvericiliyin tələbləri izah edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]