Pirallahı qəsəbəsində abadlıq və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir
Bakı, 23 noyabr (AZƏRTAC). Bakı şəhərinin Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər intensiv xarakter almlışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Pirallahı qəsəbəsinin abadlaşdırılması və yaşıllaşdırılması prioritet məsələdir. Qəsəbənin 29-cu məhəlləsində 300 ağacın əkilməsi burada yaşıllaşdırma işlərinə böyük diqqət yetirilməsindən xəbər verir. Məhəllədə kiçik yaşlı sakinlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif attraksionlar və müasir kölgəliklər istifadəyə verilmişdir.
Eyni zamanda, 28-ci məhəllədə də geniş quruculuq-adadlıq işlərinə başlanılmışdır. Burada su və kanalizasiya sistemləri yenidən qurulur, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində tədbirlər görülür.