Pirallahı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycanın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Şəhər, kənd və qəsəbələr gündən-günə gözəlləşir. Bu baxımdan Bakının Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.
Rayonda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinə xüsusi diqqət verilir. Qısa müddətdə burada xeyli sayda ağac əkilmişdir. Təkcə 29-cu məhəllədə 300 ağacın əkilməsi yaşıllaşdırma işlərinə böyük diqqət yetirilməsindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, 29-cu məhəllənin ardınca 28-ci məhəllədə geniş abadlıq-quruculuq işlərinə başlanmışdır. Burada su və kanalizasiya sistemləri yenidən qurulur, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır. 29-cu məhəllədə uşaqların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif attraksionlar və müasir kölgəliklər qurularaq istifadəyə verilmişdir.
Rayon polis şöbəsinin inzibati binasının və “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində işlər cədvəl üzrə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]