Pirallahı rayonunda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə təmizlik işləri aparılıb
Bakı, 24 avqust, AZƏRTAC
Paytaxtın Pirallahı rayonunda yanğın təhlükəsizliyinə əməl olunması məqsədilə təmizlik aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı küçələr, səki kənarları, işıq dirəkləri və dayanacaqlar təmizlənib, həyət və məhəllələrdə abadlıq işləri görülüb.
Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən yol kənarlarındakı yaşıllıq zolaqları səliqəyə salınıb, digər lazımi təmizlik işlər həyata keçirilib. Eyni zamanda, magistral yol boyu qurumuş ağacların budaqları kəsilib, quru otlar təmizlənib, müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən kənarlaşdırılıb.