PISA 2025: Baza səviyyəsindən aşağı nəticə göstərən şagirdlərin nisbəti azalıb
Bakı, 8 sentyabr, AZƏRTAC
PISA (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) tədqiqatının 2025-ci il nəticələrinə əsasən, Bakı şagirdləri arasında baza səviyyəsindən aşağı nəticə göstərənlərin payı əvvəlki qiymətləndirmə ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
AZƏRTAC xəbər verir ki, riyaziyyat üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2022-ci ildəki 61,9 faizdən 2025-ci ildə 37 faizə, təbiət elmləri üzrə 65,9 faizdən 38,3 faizə, oxu üzrə isə 69,2 faizdən 50,9 faizə enib.
Beləliklə, 2025-ci ilin nəticələri hər üç istiqamət üzrə həm 2022-ci ilin, həm də 2018-ci ilin göstəricilərindən daha yaxşı olub.
Qeyd edək ki, PISA-da 2-ci səviyyə minimum funksional savadlılıq həddi hesab olunur. Müqayisə yalnız Bakı şəhəri üzrə aparılıb. Bunun səbəbi 2018 və 2022-ci il qiymətləndirmələrinin yalnız Bakıda keçirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO
- 01.10.2026 [10:53]