POLİSLƏRİN BEYNƏLXALQ MƏŞQLƏRİ KEÇİRİLİR
Almaniya polisi, ümumən, ümid edir ki, çempionat günlərində ciddi xoşagəlməz hallar baş verməyəcəkdir. Lakin Almaniya-Polşa görüşündə riskin çox yüksək olacağı gözlənilir, bir də ona görə ki, hüquq mühafizə orqanları Şərqi Avropadan azarkeşlərin kütləvi axını ilə ilk dəfə qarşılaşacaqlar.
Polşa polisinin nümayəndəsi Kşiştof Xaydaş demişdir: “Başlıca məqsədimiz Polşa və Ukraynadan olan azarkeşlərin təhlükəsizliyini təmin etməkdir. Bundan başqa, bir çox azarkeşlər çempionat günlərində Polşada yaşayacaq, Almaniyaya ancaq oyunların keçirildiyi günlərdə gedəcəklər, çünki bu, onlara daha ucuz başa gələcəkdir.
Xatırladaq ki, ötən ilin noyabrında Polşa-Almaniya sərhədinin yaxınlığındakı meşədə bu ölkələrin azarkeşləri arasında kütləvi savaş olmuşdur. Nəticədə 600-dək polyaka çempionat günlərində Almaniyaya getmək qadağan edilmişdir.