Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan beynəlxalq səylərin səfərbər olunması sahəsində qlobal liderliyini davam etdirir

Politoloq: Azərbaycan beynəlxalq səylərin səfərbər olunması sahəsində qlobal liderliyini davam etdirir

Bakı, 6 yanvar, AZƏRTAC

Dövlətin iki əsas - daxili və xarici siyasət funksiyası var. Buna görə də dövlət xarici funksiyasını və ya siyasətini beynəlxalq münasibətlər sisteminə uyğun quraraq həyata keçirir. Xarici siyasət bir dövlətin öz milli maraqları naminə digər dövlətlər və xalqlarla əlaqələrini beynəlxalq səviyyədə tənzimləyən, həmçinin həmin dövlətin daxilindəki proseslərin xarakterini özündə əks etdirən fəaliyyət istiqamətidir. Xarici siyasət dövlətin milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirilir və bir çox nəzəriyyəçilər tərəfindən daxili siyasətin davamı kimi qəbul olunur. Bu, bizim Konstitusiyamızda da əks olunub. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Xarici siyasətin əsas subyektlərindən biri də beynəlxalq təşkilatlardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən, xüsusilə 1993-cü ildən sonra bir çox beynəlxalq təşkilatlara üzv olaraq beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Bu siyasətin təməli sülhə, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərə söykənir. Əsas vəzifə isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, xalqımızın milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasətin yürüdülməsindən ibarətdir.

Həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın beynəlxalq münasibətlərinin məqsədi torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistanın təcavüzünü dünya ictimaiyyətinə çatdırmaqdan, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə nail olmaqdan, o cümlədən üzvü olduğu beynəlxalq təşkilatların nizamnamələrinə və dövlətimizin maraqlarına uyğun siyasi, iqtisadi, hərbi və humanitar əlaqələrin qurulmasını və inkişafını təmin etməkdən ibarət olub. Bu münasibətlər sayəsində Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı, təcavüzkar ölkə kimi tanınması, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn prinsiplərinə uyğun bərpasının vacibliyi əks olunan qərar və qətnamələr qəbul edilib. Bununla bərabər, Azərbaycan müxtəlif təyinatlı beynəlxalq layihələrin mühüm aktoruna çevrilib, Ermənistanın beynəlxalq layihələrdən təcrid olunmasına gətirib çıxaran uğurlu diplomatiya həyata keçirilib.

Politoloq əlavə edib ki, xarici iqtisadi siyasətdə karbohidrogen ehtiyatlarının nəqli və qeyri-neft sektorunun inkişafı qarşıya qoyulan əsas məqsədlərdən idi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri əsasında Qərb ölkələri ilə münasibətlərin qurulmasında və beynəlxalq siyasətdə fəal iştirak etməyə başladı. Bu kontekstdə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafına dəstək və siyasi maraqlarının müdafiə olunması üçün mühüm əhəmiyyət kəsb edirdi. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənmiş, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Azərbaycan dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlıq qurmaq və müstəqilliyini möhkəmləndirmək məqsədilə 1992-ci ildə BMT-yə üzv qəbul olunub. Həmin gündən beynəlxalq güclərin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatı və Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması, atəşkəs əldə olunması və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.

“Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə edib və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin mayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri idi. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə ən mühüm uğuru 2012-ci il mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksəksəviyyəli konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin sədrlik etdiyi konfransın yekununda bəyanat qəbul olundu, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pisləndi, terrorizmin təbiətinin dəyişildiyi qeyd edildi, üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmə öhdəliyini həyata keçirməyə çağırıldı. Dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrini 2020-ci ildə 44 günlük müharibə ilə təkbaşına özü yerinə yetirdi”,- deyə politoloq vurğulayıb.

Yalçın Hacızadə deyib ki, Azərbaycanın Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bir çox beynəlxalq təşkilatlarla əlaqələri var və bu münasibətlər davam edir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub. Qoşulmama Hərəkatı tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidentinin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını desək yəqin ki, yanılmarıq. Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirir və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edilib. Pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, koronavirusun öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Çox təqdirəlayiq haldır ki, 171 ölkə Azərbaycanın müəllifi olduğu qətnamənin lehinə səs verib. Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan peyvəndlərin bərabər qaydada paylanmasının tərəfdarı olmaq üçün yalnız mənəvi deyil, rəsmi məsuliyyət daşıyır. Pandemiyanın başlanmasından bəri Azərbaycan bu böhrana qarşı təşkilatda müdrik koordinasiyalı yanaşma seçib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından çıxış edən Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb, bütün ölkələr üçün koronavirusa qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini vurğulayıb. Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabrında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması Azərbaycanın qazandığı beynəlxalq uğurlardır. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciətində Prezident İlham Əliyevin bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınaması və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini elan etməsi ölkə Liderinin növbəti uğurudur.

Beləliklə, Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək qazandı. Prezident İlham Əliyevin humanitar prinsiplərdən çıxış edərək ədalətsiz bölgüyə qarşı sərt mövqeyi qlobal aləmdə rəğbətlə qarşılandı və Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə töhfə vermiş oldu. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq. Artıq Azərbaycan nüfuzlu dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik