Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Qlobal böhranların dərinləşdiyi dövrdə Azərbaycan sabitlik və əməkdaşlıq məkanı yaradır

Politoloq: Qlobal böhranların dərinləşdiyi dövrdə Azərbaycan sabitlik və əməkdaşlıq məkanı yaradır

Bakı,15 may, AZƏRTAC

Dünyada baş verən geosiyasi proseslər, xüsusilə dərinləşən münaqişələr və qlobal böhranlar istər-istəməz bütün dövlətlərin maraqlarına təsir göstərir və bu proseslərin nəticələri getdikcə daha geniş miqyas almağa başlayır. Beynəlxalq münaqişələrin dayanmaması, həmçinin bu proseslərə maraq göstərən böyük dövlətlərin ortaq mövqe və konsensus formalaşdıra bilməməsi nəticə etibarilə bütün ölkələrin üzərinə əlavə siyasi və iqtisadi yük gətirir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O hesab edir ki, böyük güclər bəzən qlobal kataklizmlərdən çəkinmirlər, əksinə müəyyən hallarda onları qidalandırırlar. Çünki anlayırlar ki, böhranlar nəticəsində zəif ölkələr iqtisadi cəhətdən çətin vəziyyətə düşəcək, resursları tükənəcək və nəticədə daha çox asılı vəziyyətə gələcəklər. Bu isə böyük güclərin təsir imkanlarını artırır. Bəzi hallarda iri dövlətlər böhranların yaranmasına dolayı və ya birbaşa təsir göstərir, daha sonra isə həmin proseslərdə “nizamlayıcı” və ya “vasitəçi” rolunda çıxış etməyə çalışırlar. Burada məntiq belədir ki, əgər qlobal iqtisadi və siyasi sarsıntılar baş verirsə, zəif dövlətlər daha ağır nəticələrlə üzləşəcək, güclü dövlətlər isə öz ehtiyatları və imkanları hesabına daha tez toparlana biləcəklər.

Tofiq Abbasov qeyd edib ki, mövcud böhranların ilk təsirləri dünya bazarlarında qiymət artımı, inflyasiyanın yüksəlməsi və enerji daşıyıcılarının bahalaşması ilə müşahidə olunur. Əgər bazarda neft, qaz və digər strateji resursların çatışmazlığı yaranırsa, bu avtomatik olaraq qiymət artımına gətirib çıxarır. Maliyyə və əmtəə bazarlarında bahalaşma qaçılmaz olur. Təbii ki, burada müxtəlif treyder və vasitəçi dairələr də vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, qlobal böhranlar daimi xarakter daşımır və nəticə etibarilə beynəlxalq sistem müəyyən mərhələdə yenidən konsensus axtarışına qayıdır. Dünya tarixində bu kimi proseslər ilk dəfə baş vermir. Müharibələr və böhranlar zamanı hər zaman oxşar iqtisadi çətinliklər yaranıb. Ona görə də bütün tərəflər məsuliyyətli davranmalı və anlamalıdırlar ki, münaqişələrin nəticəsində yaranan ağır sosial-iqtisadi yük sonda hamıya təsir edir.

“Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan konstruktiv və balanslı siyasət yürüdən ölkələrdən biri kimi çıxış edir. Bu gün enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa üçün xüsusi əhəmiyyəti var. Avropa Rusiyadan enerji asılılığını azaltmağa çalışdıqdan sonra Azərbaycana maraq və ehtiyac daha da artıb. Lakin Azərbaycan bu vəziyyətdən sui-istifadə etmir. Çünki enerji bazarında vəziyyət daim dəyişir və uzunmüddətli tərəfdaşlıq qarşılıqlı etimad üzərində qurulmalıdır. Azərbaycan regionda heç vaxt gərginliyi artıran tərəf kimi çıxış etməyib. Biz qətiyyən qızışdırıcı mövqe tutmuruq. Halbuki Azərbaycana qarşı müəyyən dairələr tərəfindən bu cür yanaşmalar mövcuddur. Xüsusilə Fransa, Belçika və Niderland kimi bəzi Avropa dairələri yenidən Cənubi Qafqazda gərginlik yaratmağa və eskalasiyanı təşviq etməyə çalışırlar. Amma onlar anlamırlar ki, bu siyasət nəticə etibarilə regionla yanaşı, öz maraqlarına da zərbə vurur”, – deyə politoloq qeyd edib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazda şəffaf və açıq siyasət yürüdən dövlətdir. Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. “Əksinə, ölkəmiz uzun illər özü ərazi iddiaları ilə üzləşib. Buna baxmayaraq, biz iqtisadiyyatımızı inkişaf etdiririk, beynəlxalq inteqrasiyada fəal iştirak edirik və Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edirik. Avropa İttifaqının rəhbərliyi Azərbaycanla münasibətlərin vacibliyini açıq şəkildə ifadə edir. Avropa Komissiyasının rəhbərliyi və digər rəsmi şəxslər Azərbaycanın etibarlı tərəfdaş olduğunu etiraf edir və Bakı ilə münasibətlərin qorunmasının vacibliyini bildirirlər. Belə olan halda bəzi Avropa ölkələrinin Azərbaycana qarşı destruktiv siyasət yürütməsi ciddi ziddiyyət yaradır”, - deyə T.Abbasov vurğulayıb.

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajların da məhz bu reallıqlara əsaslandığını qeyd edən politoloq əlavə edib: “Prezident İlham Əliyev Zəngilanda çıxışı zamanı açıq şəkildə göstərdi ki, Azərbaycan regionda həm təhlükəsizlik, həm əməkdaşlıq, həm də iqtisadi inteqrasiya baxımından mühüm yük daşıyır. Azərbaycan həm ölkə daxilində, həm də regional səviyyədə böyük əməkdaşlıq məkanı formalaşdırır. Bu mesajlar, eyni zamanda, Ermənistana da ünvanlanmış ciddi siyasi çağırış idi. Ermənistan hələ də tam müstəqil və suveren siyasət həyata keçirməkdə çətinlik çəkir. Bundan istifadə edən bəzi xarici dairələr isə regionda sülh prosesini pozmağa və Azərbaycana qarşı təzyiq mexanizmləri formalaşdırmağa çalışırlar. Lakin bu cəhdlər nəticə verməyəcək. Azərbaycan bütün risk və çağırışlara qarşı adekvat addımlar atmaq gücünə malikdir”.

T.Abbasovun sözlərinə görə, Azərbaycan Ukrayna və İran ətrafında baş verən prosesləri də diqqətlə izləyir və regionda sabitliyin qorunmasını vacib hesab edir. Azərbaycan həm İranla, həm Rusiya ilə tərəfdaş münasibətlərini qoruyur. Ona görə də regionda yeni müharibə və qarşıdurmaların yaranması ölkəmizin maraqlarına uyğun deyil. Biz hesab edirik ki, problemlərin həlli üçün ən doğru yol atəşkəs, dialoq və danışıqlardır. Azərbaycan daim sülh təşəbbüslərini dəstəkləyən və vasitəçilik imkanlarından istifadə edən dövlət kimi çıxış edib. Ölkəmiz bir neçə dəfə regional və beynəlxalq dialoq platformalarının formalaşmasına töhfə verib. Türkiyə ilə Rusiya, Türkiyə ilə İsrail arasında təmasların qurulmasında Bakının konstruktiv rolu olub. Bu da göstərir ki, Azərbaycan öz strateji imkanlarından yalnız milli maraqları üçün deyil, eyni zamanda, regional və qlobal sabitlik naminə istifadə edir.

Politoloq sonda bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın beynəlxalq münasibətlər sistemində sabitləşdirici aktor kimi çıxış etməsinə imkan yaradır. Azərbaycan diplomatiyasının fəaliyyəti göstərir ki, ölkəmiz dünya proseslərini düzgün qiymətləndirir, riskləri vaxtında analiz edir və həm regionun, həm də beynəlxalq birliyin maraqlarına cavab verən siyasət həyata keçirir.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar