Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Seçdiyimiz yolu Heydər Əliyev siyasəti işıqlandırır və biz bu yola sadiqik

Politoloq: Seçdiyimiz yolu Heydər Əliyev siyasəti işıqlandırır və biz bu yola sadiqik

Bakı, 13 iyun, AZƏRTAC

Dövlət anlayışı cəmiyyətdə müxtəlif proseslərin idarə olunmasını təmin edən bütün institutları özündə cəmləşdirən, fəaliyyət formalarına və mexanizminə malik olub onun qorunması və dərinləşdirilməsinə xidmət edən məfhum olduğu üçün o siyasi, hüquqi, sosial və mədəni təşkilatın məcmusu kimi səciyyələndirilir. Dövlətin təşkilati xüsusiyyətləri ilə paralellik təşkil edən funksiyaları, strukturu və formaları kimi sistem xüsusiyyətləri bütöv silsilədə özünü təcəssüm etdirdiyi üçün bu qanunauyğunluqlardan birinin pozulması bütövlükdə dövlətin idarəçiliyində fundamental problemlərə yol açır. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı uzun müddətdən sonra 1991-ci ilin oktyabrında öz müstəqilliyinə yenidən qovuşsa da təəssüf ki, müstəqillik ideyalarını qəbul etmək iqtidarında olmayan idarəçilik sistemi nəticəsində müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə mərkəzi hakimiyyətə itaətsizlik hökm sürürdü. Hakimiyyətdə olanlar müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi. Yaranmış münbit fürsətdən istifadə edən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər Azərbaycanın daxilində qardaş̧ qırğını və vətəndaş̧ müharibəsinə zəmin yaradırdı. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması bütövlükdə Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması məqsədli planını tam gücü ilə reallaşdırmağa hesablanmışdı. Bütün bunların fonunda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək daxili və hərtərəfli xarici dəstəklə həyata keçirdiyi işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirirdi. Belə bir çətin vəziyyətdə 1993-cü il iyunun 9-da müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olan parlaq bir səhifə açıldı. Minimal yanaşmada belə bir ifadə mövcuddur ki, fərdlərin tapdığı həll yolu insan təşkilatının ən mükəmməl formasındadır. Maksimal yanaşdıqda isə xalqın böyüklüyü onda məlum olur ki, onlar, sadəcə, hadisələri müşahidə edərək axına qapılmır, ona qarşı gedərək ölkənin onu əsarətdə saxlayanlardan azad etmək uğrunda mübarizədə liderliyi öz üzərinə götürür. Bəli, Azərbaycan xalqı müdriklik göstərdi və 1993-cü ildə vətəndaş müharibəsi gedə-gedə ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev təkidli tələblə Bakıya gəldi və iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O gündən etibarən 15 İyun tarixi Azərbaycanda Milli Qurtuluş günü kimi qeyd olunur. Siyasi sistemdə lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da Azərbaycan xalqının onu təmsil etmək, onun adından danışmaq üçün məhz Heydər Əliyevi lider seçməsi təsadüf deyildi. Çünki ümummilli lider Heydər Əliyev o böhranlı vəziyyətdə xalqımızın istəklərini və iradələrini təcəssüm etdirir, inamını, etimadını doğruldurdu. Yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, cəsarəti, xalqa olan münasibəti və xalq tərəfindən ona olan inamın nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən çıxa bildi.

Bu sözlər politoloq Şəbnəm Həsənovanın “Seçdiyimiz yolu Heydər Əliyev siyasəti işıqlandırır və biz bu yola sadiqik” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qurtuluşa gedən prosesin ümumi qanunauyğunluqlarının və tariximizin əvvəllər geridə qalmış milli kənarlarında onun təzahürünün spesifik formalarının öyrənilməsi, qurtuluş hərəkatının obyektiv tarixinin yenidən qurulması, bu tarixi günün elmi, siyasi maraq kəsb edərək Azərbaycan tarixinin olduqca mühüm tarixi olması ilə yanaşı müxtəlif ədəbiyyatları oxuyub təhlil edərkən, günün anlam və önəmini başa düşmək üçün görkəmli ziyalılarımızın günlə bağlı yazdıqları məqalələrin “Qayıdışla başlanan Qurtuluş”, “Qurtuluş yolu”, “Əzablı yollarla qurtuluşa doğru”, “Müstəqilliyimizin xilaskarı”, “Möhtəşəm qayıdış”, “Günəşə bənzər ömür”, “Tarix yaradan lider”, “Bir oğul göstərin Heydərə bənzər”, “Milli Qurtuluş - xalqın və onun həqiqi liderinin möhtəşəm zəfəri”, “Milli Qurtuluş Günü - millətin özünə inamının bərqərar olduğu gün” kimi başlıqlarına nəzər yetirərkən həqiqətən də günün olduqca mühüm əhəmiyyətli olduğuna bir daha əmin olur, bu günlə fəxr edirsən.

Bu günün öyrənilməsi zərurəti, birincisi, daxili, milli məsələnin hazırki reallıqla müqayisə olunması, ikincisi isə İttifaq respublikalarının müstəqillik əldə etdikdən sonra demokratik inkişaf yoluna qədəm qoymaqla beynəlxalq münasibətlər sistemində illər ərzində tutduğu mərkəzi yer baxımından başlanğıcdan qət edilən yolun müqayisəli təhlili baxımından hər bir kəsin mühüm vəzifəsi və vətənpərvərlik borcudur. Azərbaycan kimi qədim dövlətçilik tarixinə, milli ruha malik xalqı uzun müddət tabeçilikdə saxlamağın, diktə siyasətini həyata keçirib, istismarçı sosial-iqtisadi sistemi qoruyub saxlamaqla milli bərabərsizliyi və zülmü təbliğ etməyin, anarxiya, qanunsuzluq, qardaş qırğınının mümkünsüzlüyünü məhz Qurtuluş günü sübut etdi. Xalqımızın təkidli tələblə heç kimə deyil, məhz ulu öndər Heydər Əliyevə müraciət etməsi yalnız bu dahi şəxsiyyətə güvənməklə Qurtuluş gününün milli məsələ, qürur və ləyaqət məsələsi olduğundan xəbər verir. Bütün bu məfhumların simvolu isə dahi şəxsiyyət, məhz xalq qarşısında etdiyi əməllərə görə Ümummilli Lider adını özü qazanan Heydər Əliyevdir. Ulu Öndər məsuliyyətli vəzifənin və tarixi missiyanın öhdəsindən gəlməyinin aktuallığı onunla əlaqədar olaraq artır ki, milli-azadlıq mübarizəsinin böyük uğurlar və müstəmləkəçilik sisteminin son parçalanmasının təsiri altında azad edilmiş xalqlar getdikcə daha müstəqil inkişaf, demokratik yol tuturlar. İllər sübut etdi ki, İttifaq respublikaları içində ən fərqlənən dövlət Azərbaycan oldu. Tarixi hər cür saxtalaşdırmağa, onun tarixi əhəmiyyətini gözdən salmağa çalışanlar da sonradan ulu öndər Heydər Əliyevin dahiliyini etiraf etmək məcburiyyətində qaldılar. Məzlum xalqın nəinki sosial-iqtisadi, təbii və milli ehtiyaclarına etinasız yanaşmamaq, hakimiyyətə hərislik ucbatından deyil, ümummilli maraqları şəxsi maraqların fövqündə tutmaq bu insanın dahiliyini sübut edən ən başlıca məsələ idi. Bu baxımdan da çıxışlarının birində Ümummilli Lider deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Mühüm vəzifə və vətənpərvərlik borcu kimi bir daha o çətin dönəmi yaşamamaq üçün ümummilli lider Heydər Əliyev ideallarının, onun təcrübəsinin hərtərəfli öyrənilməsi və ümumiləşdirilməsi böyük tarixi, siyasi, praktiki əhəmiyyət kəsb edir. Faktların məcmusunun dərin təhlili əsasında ümumiləşdirilmiş bu təcrübə xalqımızın qarşısında duran o mürəkkəb suallara cavab verir. O sualların cavabını isə biz cəmiyyət və xalq olaraq məhz indi başa düşürük ki, vaxtında, zamanında və məqamında atılan addımlar, əslində, nəyə hesablanmışdı.

Rəhbərlik idarəetmənin əsasını təşkil edirsə effektiv liderlik siyasi sabitliyə nail olmaq millətin böyüməsinə və inkişafına səbəb olur, zəif inkişafın mərkəzində isə səmərəsiz liderlik dayanır. Effektiv liderlik millətin anarxiyaya doğru sürüşməsini bərpa etməyə kömək edir. Bütün səviyyələrdə hökumətlər sabit və proaktiv siyasət, xüsusən idarəçilik sahələrində yeni və daha yaradıcı təşəbbüslərə əl atmalıdırlar. Siyasi müstəqillik bu müsbət məfhumları və xalqımızın arzuladığı bütün faydaları dərhal gətirmədi. Azərbaycanın yaşayış standartları inkişaf etmiş ölkələrin standartlarına uyğun gəlmir, 1991-ci ildən 1993-cü ilə qədər hakimiyyətə gələnlər köhnə sistemə müqavimət göstərmək üçün həll etməli olduqları iqtisadi inkişaf, modernləşmə problemləri ilə üzləşir, daxili xaosun qarşısını ala bilmir, onları həll etməyin öhdəsindən gələ bilmirdilər. Yalnız 1993-cü ildən sonra xalqımız nicat tapdı. Bölgələrdə siyasi xaos aradan qaldırıldı, nizamlı cəmiyyətə zəmanət verəcək siyasi sistem formalaşdırıldı, siyasi sabitliyi təşviq etmək üçün effektiv rəhbərlik təsis edildi, idarəçiliyi anarxiyadan çıxararaq idarə etmək səlahiyyətinə malik olanlar üçün müvafiq öhdəlik təmin edildi. Demokratiya, siyasi sabitlik və milli inkişaf üçün ən böyük təhlükə adətən kütləvi işsizlik, yoxsulluq, savadsızlıq, iqtisadi və sosial dislokasiyanın digər nəticələri ilə yaranan gərginlik və partlayışlardır ki, bunlara son qoyuldu. Millətin irəli getməsi üçün uzun sürən hakimiyyət böhranları aradan qaldırıldı. Heydər Əliyev inkişaf məsələlərini cəmiyyət və cəsarətlə həyata keçirdi. Xalqın idarəçiliyə həvəs və marağının sönməsinə imkan verilmədi. İdarəçilik prosesində beynəlxalq plan qəbul olunaraq yerli şəraitə uyğunlaşdırıldı.

Azərbaycanın bugünkü reallıqlarının təməlində məhz Ulu Öndər tərəfindən formalaşdırılan siyasət dayanır. Əsas dəyərlərin siyasətdə möhkəmlənməsi milləti böyük zirvələrə qaldırmağa kömək edir. Bununla yanaşı, effektiv, diqqətli və dürüst liderlik bu rəqabətli əsrdə hər bir xalqın qabaqcıl performansını müəyyən edən amildir. Yeni çağırışlar nəticəsində yaranan yeni vəzifələrə Prezident İlham Əliyevin çevik və adekvat cavab verməsi, beynəlxalq hüquqa və Azərbaycan xalqının milli maraqlarına əsaslanan çevik diplomatiya aparması 44 günlük savaşın hər uğurlu hərbi əməliyyatı zamanı sübut olundu.

Heydər Əliyev tərəfindən təməli qoyulan həm siyasi, həm də iqtisadi islahatlar bugünkü inkişafı şərtləndirdi. Regionda lider rolunu qoruyub saxlayaraq dünyada aparıcı rol oynayarkən düzgün xarici siyasət istiqaməti ölkəmizin iqtisadi inkişafına təkan vermək üçün formalaşdırıldı. İllər ərzində beynəlxalq təşkilatlarda ardıcıl fəaliyyət və prinsipial mövqe, ikitərəfli formatda bütün ölkələrlə ancaq bərabərhüquqlu münasibətlərin inkişafı xarici siyasətimizin olduqca düzgün formalaşdırılmasından xəbər verir.

İnsanlar öz tarixlərini yaradırlar, lakin özlərinin yaratdığı şəraitdə deyil. Yaranmış ya da Azərbaycanda o illər ərzində hökm sürən özbaşınalığın miqyasına baxaraq deyə bilərik ki, bilərəkdən yaradılmış xaotik vəziyyətdə ulu öndər Heydər Əliyev, sadəcə, yoxdan dövlət yaratmadı, bu dahi insan həm də xalqımızın tarixini yaratdı. Daha prozaik olaraq deyə bilərik ki, böyük liderlər kətanları bütöv cəmiyyətlər və ya sivilizasiyalar olan rəssamlardır. Məhz Heydər Əliyevin əməlləri bu böyük Liderə, dahi şəxsiyyətə heyran olmaq üçün bir daha icazə verir. Bu baxımdan 1999-cu il oktyabr 14-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyev milli memarlığımızın möhtəşəm abidəsi, XII əsrdə görkəmli Memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı Möminə Xatun türbəsini ziyarəti zamanı çıxışında deyirdi: “Mən uşaq vaxtından bunun ətrafını gəzmişəm, baxmışam, görmüşəm, sevmişəm. Mən bir neçə dəfə demişəm - əvvəlcə rəssam olmaq istəyirdim, sonra isə memarlığa meylim, sonrakı memarlıq fakültəsinə daxil olmağım, memarlıq təhsili almağım bəlkə də elə bunlarla bağlı idi”. Məhz bu obrazlı ifadədən çıxış edərək deyə bilərik ki, Azərbaycanın memarı Heydər Əliyev, əsərin adı isə Azərbaycan oldu. Tarix yazmağı da, yaratmağı da Heydər Əliyev bacardı.

2012-ci il mayın 10-da Ulu Öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev nitqində bildirirdi: “Bütün bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Çünki 1993-cü ildə və ondan sonra inkişafımızın əsas istiqamətləri məhz onun təşəbbüsü ilə müəyyən edilmişdir. İstər xarici, istər daxili siyasətlə bağlı siyasi və iqtisadi islahatlar onun dünyagörüşü, onun fəlsəfəsi və uzaqgörənliyi sayəsində formalaşmışdır. Biz bu istiqamətlər üzrə irəliyə gedirik. Biz bu ana xətdən kənara çıxmırıq.... Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yol ilə gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm ki, bundan sonra da bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövcud durumu, bugünkü reallıqlar sübut etdi ki, ulu öndər Heydər Əliyev yolu ancaq uğur, işıqlı gələcək vəd edən yoldur. Liderin fədakarlıqları onlara və cəmiyyətlərinə fayda gətirməlidir. Ulu Öndərin həyatını fəda etdiyi ömrü Azərbaycana ancaq və ancaq fayda gətirdi.

Ümummilli Lider Heydər Əliyevin şəxsi keyfiyyətlərinin və siyasi uzaqgörənliyinin şah əsəri olan “Əsrin müqaviləsi” insanların həyatında keyfiyyət dəyişikliyi yaratdı. Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və şəxsən təməl daşını qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə istismara verildi. Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Şahdəniz” layihəsinin tərkib hissəsi olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildə işə salındı. Yeni dəmir ipək yolu olan Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi maraqlarını təmin etdi. Məhz belə əhəmiyyətli meqalayihələr Azərbaycanın regionda və dünyada gücünü, nüfuzunu artırdı. Çətin dövrdə Azərbaycanı yox olmağın astanasından döndərdiyi, bu tarixi missiyanın öhdəsindən gəldiyi üçün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini hər zaman dərin ehtiramla yad edir. 2003-cü ildə Azərbaycan xalqı Ümummilli Liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan İlham Əliyevi özünün Prezidenti kimi gördü. Xalqımız İlham Əliyevə hər dəfə səs verərkən, əslində, ümummilli lider Heydər Əliyev ideallarına səs verdi və bugünkü reallıq sübut etdi ki, müdrik xalqımız öz seçimində yanılmadı. Məhz bütün əsaslandırılan arqumentlərə tam uyğun olaraq Azərbaycan Heydər Əliyev-Heydər Əliyev isə Azərbaycan deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-in iştirakçıları "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açılanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb