POLŞA SENATININ SƏDRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Polşa Senatının sədri Boqdan Boruseviç iyunun 18-də Azərbaycana səfərə gələcəkdir.
Səfərin məqsədi Azərbaycan Parlamentinin yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etməkdir. Səfər çərçivəsində B.Boruseviç bir sıra gərüşlər keçirəcəkdir. Bu görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, Azərbaycanın beynəlxalq parlament strukturlarına inteqrasiyası prosesində Polşanın rolu və s. məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.