Portuqaliya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
Bakı, 19 may, AZƏRTAC
Futbol üzrə Portuqaliya milli komandasının dünya çempionatı üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, heyətə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının ulduz hücumçusu Kriştianu Ronaldu da daxil edilib. Bu, 41 yaşlı forvardın 6-cı mundialı olacaq.
Qapıçılar: Dioqu Koşta (“Portu”), Xose Sa (“Vulverhempton”), Rui Silva (“Sportinq”), Rikardo Velyo (“Gənclərbirliyi”).
Müdafiəçilər: Nunu Mendeş (PSJ), Mateuş Nunyeş, Ruben Diaş (hər ikisi “Mançester Siti”), Dioqu Dalot (“Mançester Yunayted”), Nelson Semedu (“Fənərbağça”), Joau Kanselu (“Barselona”), Qonsalu İnasiu (“Sportinq”), Renatu Veyqa (“Vilyarreal”), Tomaş Arauxu (“Benfika”).
Yarımmüdafiəçilər: Ruben Neveş (“Əl-Hilal”), Vitinya, Joau Neveş (hər ikisi PSJ), Samu Koşta (“Malyorka”), Brunu Fernandeş (“Mançester Yunayted”), Bernardu Silva (“Mançester Siti”).
Hücumçular: Kriştianu Ronaldu, Joau Feliks (hər ikisi “Əl-Nəsr”), Rafael Leau (“Milan”), Franşişku Trinkau (“Sportinq”), Pedru Netu (“Çelsi”), Franşişku Konseysau (“Yuventus”), Qonsalu Gedeş (“Real Sosyedad”), Qonsalu Ramuş (PSJ).
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Portuqaliya millisi mundialda Özbəkistan, Konqo və Kolumbiya ilə birlikdə K qrupunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [18:14]
Avropa fatehlərinin çempionluq təəssüratları: Qələbəni ölkəmizə həsr edirəm
- 19.05.2026 [15:59]
Millinin voleybolçusu: İnanıram ki, bu il bizim üçün uğurlu olacaq
- 19.05.2026 [15:46]
Azərbaycanın 2 güləşçisi Rusiyadakı turnirdə medal qazanıb
- 19.05.2026 [15:32]
AMADA-nın əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
- 19.05.2026 [13:46]
Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir
- 19.05.2026 [13:14]