Portuqaliyada aclığa qarşı mübarizə kampaniyası çərçivəsində 1605 ton ərzaq toplanılıb
Lissabon, 27 may, AZƏRTAC
“Food Bank Against Hunger” aclığa qarşı mübarizə bankı ötən həftənin istirahət günləri ərzində Portuqaliyada 2000-dən artıq alış-veriş mərkəzində təşkil olunmuş aclığa qarşı mübarizə kampaniyası çərçivəsində 1605 ton ərzaq toplayıb.
AZƏRTAC xəbər verir ki, bunu “Food Bank Against Hunger”in prezidenti İzabel Jonet bildirib.
Onun sözlərinə görə, iqtisadi vəziyyətin yaxşılaşmasına baxmayaraq, Portuqaliyanın bir çox vətəndaşları hələ də ərzaq təminatında böyük çətinliklər və ciddi məhdudiyyətlərlə üzləşirlər. Ona görə bunu qeyd etmək xoşdur ki, portuqaliyalılar həmişə öz yaxınlarına kömək etməyə çalışırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]