Prezident: Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir
Bakı, 11 oktyabr, AZƏRTAC
Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə hörmətə görə Sizə xüsusi təşəkkür bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.
Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir.
Azərbaycan Prezidenti ölkələrimizin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [11:09]
Milli Məclisin növbəti plenar iclası keçirilir
- 30.10.2026 [10:32]
Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
- 29.10.2026 [17:30]
Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub
- 29.10.2026 [17:16]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO
Sumqayıtda avtomobil yanıb
- 29.10.2026 [23:48]
Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb
- 29.10.2026 [23:25]
Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb
- 29.10.2026 [23:09]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- 29.10.2026 [21:33]