Prezident Bayden ABŞ-a qaçqınların qəbulunun limitini 62.500 nəfərədək artırıb
Vaşinqton, 4 may, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden bəyan edib ki, onun administrasiyası öz siyasətinə yenidən baxacaq və qaçqınların qəbulu limitini daha əvvəl elan edilən hədəfə - 2021-ci maliyyə ilində 62.500 nəfərə və 2022-ci maliyyə ilində 125 min nəfərə qaldıracaq.
AZƏRTAC Prezidentin Ağ evin mətbuat xidməti tərəfindən yaydığı bəyanatına istinadla xəbər verir ki, bu qərar əvvəlki administrasiya tərəfindən müəyyən edilən 15 min nəfərdən ibarət tarixi minimumu kənarlaşdıracaq. Onun sözlərinə görə əvvəlki limit qaçqınları qəbul edən və dəstəkləyən Amerikaya xas olan dəyərləri əks etdirmir. Qaçqınların Qeydiyyatı və Paylaşdırılması üzrə Mərkəzin məlumatına görə, Birləşmiş Ştatlar 31 mart tarixinə olan vəziyyətə görə cari il ərzində cəmi 2050 qaçqın qəbul ediblər.
Həmçinin vurğulanıb ki, növbəti ildən başlayaraq, ABŞ ildə 125 min qaçqın qəbul etmək niyyətindədir. Amerikalı lider bu limiti artıq oktyabr ayında başlayacaq növbəti maliyyə ilində müəyyən etmək niyyətindədir.
Xatırladaq ki, cari maliyyə ili üçün 15 min nəfərlik kvota ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfindən müəyyən edilib. Bu, 1980-ci ildən bəri ən aşağı göstərici idi.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]